Hindistan-Rusiya birgə hərbi təlimləri başlayıb

2018/11/34534-1542635029.jpg
Oxunub: 362     17:42     19 Noyabr 2018    
Bu gün Hindistanın Uttar Pradeş bölgəsində 10-cu Hindistan-Rusiya birgə hərbi təlimləri başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Hindistan ordusunun rəsmiləri tərəfindən bildirilib.

Məlumata görə, hər iki ölkənin bayraqlarını daşıyan helikopterlərin uçuşu ilə açılış mərasimi başlayıb. Mərasimdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edib.

“Təlimin məqsədi BMT-nin himayəsi altındakı sülhməramlı missiyalarda iki ordunun qarşılıqlı fəaliyyətinin gücləndirilməsi üçün imkanları birgə məşq etməkdir”, - deyə ordu rəsmisi bildirib.

Qeyd edək ki, on günlük təlimlər Rusiyanın 5-ci ordusunun kontingentlərini və Hindistan ordusunun mexaniki piyada taborunun iştirakı ilə baş tutacaq.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Hindistan   Rusiya   Təlimlər  

Hindistan-Rusiya birgə hərbi təlimləri başlayıb

2018/11/34534-1542635029.jpg
Oxunub: 363     17:42     19 Noyabr 2018    