CHD-nin aviasiya alayı müasir Su-27SM3 ilə təchiz edilib

2018/11/45645-1542634330.jpg
Oxunub: 675     17:31     19 Noyabr 2018    
Rusiyanın Krasnodar ərazisində yerləşən 4-cü Hərbi Hava Qüvvələrinin qarışıq aviasiya ordusu 3 ədəd yeni Su-27SM3 qırıcısı əldə edib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qırıcılar Xabarovsk vilayətinin Komsomolsk-Amur şəhərindən qalxaraq Novosibirsk və Çelyabinsk bölgələrində iki aralıq enmə edərək 10 min km məsafə qət ediblər.

Məlumata görə, Su-27SM3 qırıcıları bu sinif təyyarələrin təkmilləşdirilməsinin ən mükəmməl variantıdır. Qırıcı daha güclü mühərriklərlə təchiz olunub və daha yüksək manevr qabiliyyətinə malikdir.

İlk 12 ədəd Su-27SM3 qırıcısı Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə, 2010-2011-ci illərdə Çin Xalq Respublikasına göndərilməyən Su-27SK təyyarələri bazasında KnAAZ-da yaradılıb. Daha sonra 2015-ci ildə nazirlik Krımda yerləşən hava alayları üçün nəzərdə tutulan 36 ədəd Su-27S (P) qırıcılarının modernləşdirilməsini sifariş verib. Lakin, sonradan qırıcıların modernləşdirilməsi proqramı yenidən nəzərdən keçirildi və göründüyü kimi, bu say kəskin şəkildə azaldıldı. Nəticədə, 2017-ci ilin sonuna kimi şirkət yalnız dörd ədəd Su-27SM3 təhvil verə bilib ki, onların da hamısı Krasnodar vilayətinə göndərilib.

İndi KnAAZ 3 yeni təkmilləşdirilən qırıcı təhvil verib. Müəssisə Kuban şəhərində yerləşən 3-cü qarışıq alayın ikinci eskadrilyasının bu tip qırıcılarla təchizatını başa çatdırmaq məqsədi ilə bir neçə təyyarənin modernləşdirilməsini bitirmək üzrə olmasına baxmayaraq, Su-27SM3 proqramının gələcək taleyi hələ də qeyri-müəyyəndir.

Ədalət Verdiyev
Ordu.az

Teqlər: Rusiya   CHD   Su-27  

CHD-nin aviasiya alayı müasir Su-27SM3 ilə təchiz edilib

2018/11/45645-1542634330.jpg
Oxunub: 676     17:31     19 Noyabr 2018    