Hindistan HDD ABŞ-ın "Sikorsky" MH-60R helikopterlərini əldə etmək istəyir

2018/11/34534-1542633090.jpg
Oxunub: 311     20:32     19 Noyabr 2018    
Hindistanın Hərbi Dəniz Qüvvələri pər qanadlı texnologiyanın kəskin çatışmazlığı fonunda özlərini xarici helikopterlərlə silahlandırmaq cəhdlərini dayandırmır.

Ordu.az "Janes.com" portalına istinadən bildirir ki, Hindistan Müdafiə Nazirliyi ABŞ-a bu maşınların alınması üçün müraciət də göndərib.

Hindistan, Hərbi Dəniz Qüvvələrinin komandanlığı üçün ABŞ-ın MH-60R "Seahawk" helikopterlərinin alınmasını da nəzərdən keçirir.

Məlumata görə, Hindistan Müdafiə Nazirliyi bir çox avadanlıq və silahlar da daxil olmaqla ABŞ-dan 24 çoxməqsədli "Sikorski" MH-60R helikopterlərini almaq istəyir. Yeni Dehli bu razılaşmanın təsdiqlənməsi üçün Vaşinqtona 1,9 milyard dollar ödəməyi planlaşdırır. Hindistan dənizçiləri 2022-ci ilə qədər helikopterləri əldə etmək niyyətindədirlər.

Hindistan Donanması yeni helikopterlərlə bağlı fəlakətli vəziyyətə malikdir. 2017-ci ildə Hindistan Donanması 80-ci illərdə Böyük Britaniyadan satın alınan köhnə HAL "Chetak" (Fransanın "Aérospatiale Alouette 3"lərinin lisenziyalı variantı) və "Sea King" helikopterlərini əvəz edəcək ("Sikorski" MH-60R Shift "Sea King"ləri əvəz edəcək) 200-dən çox yeni hava vasitəsinin satın alınması zəruriliyini elan edib.

Hindistan hökuməti bu ilin avqust ayında 111 ədəd çoxməqsədli və 24 ədəd "Sikorski" MH-60R helikopterlərinin alınmasını təsdiqləyib.

Ədalət Verdiyev
Ordu.az

Teqlər: Hindistan   ABŞ   Sikorski  

Hindistan HDD ABŞ-ın "Sikorsky" MH-60R helikopterlərini əldə etmək istəyir

2018/11/34534-1542633090.jpg
Oxunub: 312     20:32     19 Noyabr 2018    