Almaniya Müdafiə naziri: “Avropa ordusunun yaradılması vacibdir”

2018/11/ursul-1542612062.jpg
Oxunub: 4245     11:19     19 Noyabr 2018    
“Avropa ölkələrinin maraqlarını təmin edəcək vahid Avropa ordusunun yaradılması vacibdir. Siyasətçilər isə böhran zamanı hərbi əməliyyatlar barədə məsələləri sürətli həll etmək üçün qərarverici mexanizm yaratmalıdırlar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Almaniya Müdafiə naziri Ursula von der Leyen deyib.

Onun sözlərinə görə, Avropa ordusu böhran zamanlarında Avropanın maraqlarını qoruya biləcək siyasi iradə ilə də təmin etməlidir.

“Avropa ordusu bizim cəmiyyətimizi yalnız yaxşı avadanlıq və hərbi manevrlərlə yox, həmçinin böhran zamanlarında Avropanın maraqlarını qoruya biləcək siyasi iradə ilə də təmin etməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Avropa ordusu ideyası kibertəhlükəsizliyi təmin etmək üçün Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb və Almaniya Kansleri Angela Merkel tərəfindən dəstəklənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin