Avropa Ordusu Rusiya ilə hərbi əməkdaşlıq edə bilər?

2018/11/5beef-1542453124.jpg
Oxunub: 420     15:11     17 Noyabr 2018    
Fransa prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkelin bu yaxınlarda təklif etdiyi Avropa Ordusunun yaradılması NATO ilə mübahisələrə səbəb ola bilər, lakin bununla birlikdə bu ordu Rusiya ilə əlaqələrin normallaşdırılması baxımından vasitə ola bilər.

Bəzi ekspertlər, Avropa ordusunun yaradılmasının Rusiya-Avropa əlaqələrini yaxşılaşdıracağını və buna görə də Vaşinqtonun buna yol verməyəcəyini düşünür.

“Avropa İttifaqının öz ordusunun olması milli azadlıq kimi bir şeydir. NATO Avropada olduğu müddətcə Avropanın təhlükəsizliyi Vaşinqtondan idarə olunurdu. Avropanın nədən ehtiyat etməli olduğu, hansı ölkənin hədə təşkil etdiyi ABŞ tərəfindən diktə olunurdu. Avropanın NATO ilə olan problemi ona həddindən artıq güvənməsidir. SSRİ-nin dağılmasından sonra NATO aktivliyini qorumaq üçün uyğun məkan axtarışında idi və elə bu zaman Avropanı terrorizm, kütləvi qırğın silahları, qanunsuz narkotik və miqrasiyadan qoruyacaq olan bir qüvvə kimi Avropa səhnəsinə daxil oldu”.

Bu sözləri Geosiyasi Problemlər Akademiyasının prezidenti və Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generalı Leonid İvaşov deyib.

O, həmçinin qeyd edib ki, Avropa NATO-ya güvənib və heç vaxt öz təhlükəsizliyini özü təmin etməyib.

“Avropa ordusunun yaradılması ilə biz sadəcə müstəqil olacağıq. Bu o demək deyil ki, Rusiya ilə dostluq quracağıq. Münasibətləri neytrallaşdırıb yanacaq sektoru və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq edə bilərik. Bunlar da, təbii ki, siyasi münasibətlərin irəliləməsinə kömək edəcək. Beləliklə, Rusiya ilə olan müqavilələr də artıq kağız üzərində qalmaz. Vaxtı gələndə isə Avropa Ordusu Rusiya ilə hərbi sahədə də əməkdaşlıq edə bilər. Avropanın aviasiya və havadan müdafiə sahələrində xeyli əskiklikləri var, Rusiya avadanlıqları bu barədə bizə kömək edə bilər. Doğrusu, Avropa sərhədlərini “S-300”lərin qorumasına ABŞ-dan başqa heç bir ölkə etiraz etməz”, - deyə o bildirib.

İvaşov Avropa Ordusunun 50% ehtimalla yaradılacağını bildirsə də, avropalı digər ekspertlər bu məsələyə daha skeptik yanaşır və ABŞ-ın buna icazə verməyəcəyini bildirir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Avropa-Ordusu   Rusiya  

Avropa Ordusu Rusiya ilə hərbi əməkdaşlıq edə bilər?

2018/11/5beef-1542453124.jpg
Oxunub: 421     15:11     17 Noyabr 2018    