Dünyanın ən yaxşı 2 sualtısı qarşılaşarsa, nə baş verəcək?

2018/11/36104-1542452100.jpg
Oxunub: 646     20:53     17 Noyabr 2018    
Soyuq Müharibə dövründən sonra uzun müddətdir ki, ABŞ dənizaltı dominantlıqda Rusiyaya qarşı üstünlüyünü davam etdirib. Lakin Rusiyanın yenilədiyi “Yasen” sinfinə mənsub sualtı gəmilərin ABŞ-ın “Virginia” sinfli sualtılarına rəqib ola biləcəyi düşünülür.

“Yasen” sualtılarının dizaynı 1980-ci illərin ortalarında SSRİ-nin 3 əsas dəniz bürosundan biri olan Malaxit Mərkəzi Dizayn Bürosunda hazırlanıb. İlk sualtı olan “Severodvinsk”in tikintisinə 1993-cü ildən başlanılsa da, büdcə kəsri ilə əlaqədar olaraq gəminin istehsalının bitməsi 2010, donanmada xidmətə verilməsi isə 2013-cü ilə təsadüf edir.

390 fut uzunluğundakı “Yasen” sualtılarının amerikan rəqiblərinə nisbətdə çox kiçik sayda, cəmi 90 nəfərlik heyəti var. Bu, gəmidə texnologiya və avtomatlaşdırmanın yüksək səviyyədə olduğunu göstərir. Rusiya sualtıları “İrtış-Amfora” hidroakustik, “MRK-50 Albatross” naviqasiya/axtarış və “Rim Hat” elektronik dəstək/əks-tədbir sisteminə malikdir. Sualtı qayıqlar üçün silah sistemi dörd ədəd standard diametri 5333 millimetrlik torpedo konteyneri və dörd ədəd 650 millimetrlik torpedo konteynerindən ibarətdir. Döyüş gücünü artırmaq məqsədilə “Yasen” gəmilərinin hər biri döyüş qülləsinin arxasında şaquli yerləşdirilmiş 24 ədəd hər biri “P-800 Oniks” raketi ilə təchiz edilmiş raket lüləsinə malikdir.

Digər tərəfdən “Virginia” sinfinə məxsus sualtı gəmilər çox bacarıqlıdır, lakin bir o qədər baha başa gəlir. 377 fut uzunluğunda, “General Electric SG9” nüvə enerjisi ilə işləyən mühərriklərlə çalışan gəminin 113 nəfərlik heyəti var. “Virginia” gəmilərinin yalnız 4 ədəd 533 millimetrlik torpedası varv ki, bununla yanaşı “Mk.48 Advanced Capability” və “UGM-84 Sub-Harpoon” raketlərindən də istifadə edə bilir.

İki sualtı qarşılaşarsa, hansı qalib gələcək?

Hər iki gəmi öz ölkələrindəki texnologiyanın ən son nümunələridir. “Severodvinsk” daha yavaşdır, lakin daha dərinə enə bilir. “Virginia” isə daha sürətli olsa da yalnız 488 metr dərinliyə enə bilir. Silahlanma baxımından isə iki sualtı, demək olar ki, bərabərdir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

Dünyanın ən yaxşı 2 sualtısı qarşılaşarsa, nə baş verəcək?

2018/11/36104-1542452100.jpg
Oxunub: 647     20:53     17 Noyabr 2018    