Süni zəkanın qlobal ÜDM-də payı nə qədərdir?

2018/11/56897-1542451203.jpg
Oxunub: 428     19:51     17 Noyabr 2018    
Süni zəkadan istifadə gələcək illərdə daha da artacaq. Hazırda süni zəkanın qlobal ÜDM-də payı 1 trilyon dollardırsa, 2030-cu ilədək bu, 16 dəfə artaraq 16 trilyon dollar olacaq.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ən böyük bankı "Sberbank"ın rəhbəri German Qrefin bildirib.

Bununla birlikdə süni zəka sahəsində ekspertlərin də sayının artaraq 10 milyona çatması gözlənilir.

“Mckinsey Global” institutu tərəfindən edilən son araşdırmaya görə, süni zəka növbəti onillikdə ÜDM-ni ən azı 1,2 faiz artıracaq. İnstitutun simulyasiya modelinə görə dünya şirkətlərinin təxminən 70 faizi 2030-cu ilə qədər süni zəkanın bu və ya digər formasından istifadə edəcək. “Mckinsey”in məlumatına görə, süni zəkanın dünyaya təsiri buxarla işləyən mühərriklərin kəşfi ilə müqayisə olunacaq qədərdir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Süni-zəka   ÜDM  

Süni zəkanın qlobal ÜDM-də payı nə qədərdir?

2018/11/56897-1542451203.jpg
Oxunub: 429     19:51     17 Noyabr 2018    