Çin NATO-nun istifadə etdiyi proqram təminatını satın alıb

2018/11/10615-1542450922.jpg
Oxunub: 547     17:34     17 Noyabr 2018    
Pekin Belçika əsaslı kontraktor olan “Luciad”dan NATO və ABŞ hərbi komandanlığı tərəfindən situativ məlumatlandırılma üçün istifadə edilən yüksək göstəricili proqram təminatı satın alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məlumatı Çin hökumətinə yaxın mənbələr verib.

Bu proqram təminatı Çin Ordusuna Qərbli rəqibləri ilə ayaqlaşmağa imkan verəcək. Proqram təminatında yer alan “LuciadLightspeed” adlı proqram passiv və hərəkətdə olan obyektlərdən sürətli məlumat toplama bacarığına sahibdir. Saniyədə 100-ə yaxın hesablama edən bu proqram ən yaxın rəqibindən 75 dəfə sürətlidir.

Qeyd edək ki, “Luciad” şirkətinin proqram təminatı NATO üzvlərindən başqa “Boeing”, “Airbus Defence and Space”, “Lockheed Martin” və “Thales” kimi iri şirkətlərdən tərəfindən də istifadə edilir. Ötən il “Luciad” İsveç əsaslı bundan əvvəl Çin hərbi və müdafiə sənayesi ilə əlaqələr quran texnologiya şirkəti “Hexagon” tərəfindən satın alınıb.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Çin   NATO  

Çin NATO-nun istifadə etdiyi proqram təminatını satın alıb

2018/11/10615-1542450922.jpg
Oxunub: 548     17:34     17 Noyabr 2018    