NI: Rusiyanın Su-35-i nələrə qadirdir?

2018/11/MAKS2-1542450620.jpg
Oxunub: 2939     14:28     17 Noyabr 2018    
Su-35 qırıcısı Rusiyanın xidmətdə olan ən yaxşı təyyarəsi hesab olunur və dördüncü nəsil təyyarələr arasında dizayn zirvəsi olaraq adlandırılır.

Bənzərsiz manevr qabiliyyəti ilə seçilən Su-35-in elektronika və silah potensialının əksəriyyəti F-15 kimi rəqiblərindən geri qalmır. O, F-15, “Eurofighters” və “Rafales”ə öldürücü rəqib ola bilsə də, F-22 və F-35 kimi beşinci nəsil qırıcı təyyarələri ilə mübarizə edib edə bilməyəcəyi sual altındadır.

Su-35 Soyuq Müharibənin sonlarına doğru F-15 konseptinə uyğun hazırlanmış mükəmməl sürət və çevikliyə və ikili mühərrikə malik Su-27-nin təkmilləşdirilmiş formasıdır. Təkmilləşməyə 2003-cü ildə “Komsomolsk-on-Amur” Aviasiya İstehsalat Birliyi tərəfindən başlanıb və 2007-ci ildə ilk prototiplər yaradılıb. Təyyarənin istehsalı isə 2009-cu ildən başlayıb.

Təyyarə adi aerodinamik mexanizmlərlə edilməsi mümkün olmayan supermanevrlər etmək qabiliyyətinə malikdir. Onun “Saturn AL-41F1S” turboventilyatorunun ucları uçuş zamanı müxtəlif nöqtələrə fokuslana bilir ki, bu da təyyarənin dönməsini asanlaşdırır. Sözügedən mexanizm həmçinin hədəfə müxtəlif bucaqlardan atəş açmağı və cəld manevrlər etməyi asanlaşdırır.

Su-35 yüksək hündürlükdə 2,25 MAX sürəti ilə hərəkət edə bilir. Təyyarənin bir ədəd 2200 millik başlanğıc və iki ədəd 2800 millik əlavə yanacaq tankı var. Su-35 NATO tərəfindən AA-12 adlandırılan, 120 mil məsafəyə çata bilən və radiolokasiya rəhbərliyi ilə hərəkət edən K-77M raketlərindən istifadə edə bilir. Bundan başqa, təyyarə qısa və ortamənzilli missiyalar üçün R-74, R-27 və R-37 raketlərindən də istifadə edə bilir.

Su-35-i sələflərindən fərqləndirən ən böyük yenilik isə radar dalğalarını pozan və düşmən raketlərini yanlış hədəfə istiqamətləndirən L175M “Xibin” radioelektron mübarizə vasitəsi kompleksinin olmasıdır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: S-35   Rusiya   HHQ  

NI: Rusiyanın Su-35-i nələrə qadirdir?

2018/11/MAKS2-1542450620.jpg
Oxunub: 2940     14:28     17 Noyabr 2018    