B-21-lərdən ibarət ilk əməliyyat bölməsi yaradılacaq

2018/11/ETACE-1542449245.jpg
Oxunub: 392     19:46     17 Noyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri B-21 stelslərini Oklahomadakı “Tinker” hərbi bazasında saxlayacağını, sınaq və qiymətləndirmə mərhələlərinin isə Kaliforniyadakı “Edwards” hərbi bazasında həyata keçirəcəyini açıqlayıb. “B-21”lərdən ibarət ilk əməliyyat bölməsi isə 2025-ci ildə yaradılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ məlumat yayıb.

Hərbi Hava Qüvvələri başlanğıc üçün 100 “B-21” satın almağı planlayır ki, onların hər biri 638 milyon dollara başa gələcək.

Qeyd edək ki, “Northrop Grumman” şirkəti tərəfindən hazırlanacaq “B-21”lər uzaqmənzilli olmaları ilə yanaşı, həm ənənəvi, həm də termonüvə silahlarından istifadə edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: B-21   ABŞ   HHQ  

B-21-lərdən ibarət ilk əməliyyat bölməsi yaradılacaq

2018/11/ETACE-1542449245.jpg
Oxunub: 393     19:46     17 Noyabr 2018    