HHM Qoşunlarında: Zenitçilər istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdirlər

2018/11/db1a2-1542445576.jpg
Oxunub: 1215     13:05     17 Noyabr 2018    
Azərbaycan Ordusunda xüsusi yeri olan və daim ən müasir silah və texnika ilə təchiz edilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının cəsur şahinləri səmamızın keşiyində ayıq-sayıq dayanırlar. Azərbaycan Ordusunun gündəlik fəaliyyətində və döyüş potensialında öz gücü ilə fərqlənən hava hücumundan müdafiəçilərimizin peşəkarlığı və döyüş hazırlığı günü-gündən artmaqdadır. Yolumuz döyüş bölgəsində yerləşən hərbi hissələrimizdən birinin hava hücumundan müdafiə bölməsinədir.

Bizi ön xətdə döyüş növbəsi aparan hava hücumundan müdafiəçilərimizin xidmət bölməsində zabit Orxan Nəsirov müşayiət edir. Əslən Füzuli rayonundan olan Orxan Nəsirov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini uğurla bitirib, cəbhə xəttində yerləşən bölmələrimizdən birində xidmətə başlayıb. Zabit iki il öncə aprelin əvvəllərində ordumuzun əks-hücum əməliyyatlarında tabeliyində olan şəxsi heyətlə birlikdə fəal iştirak edib. Vətənpərvər, qorxmaz zabit bu gün də Vətənimizin keşiyində - döyüş bölgəsində xidmətini davam etdirir. Yolboyu həmsöhbətimiz şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, sosial-məişət şəraitinin yüksək səviyyədə olmasından, ordumuzun gündən-günə artan gücündən söz açır. Zabit hava hücumundan müdafiəçilərimiz haqqında fikirlərini bizimlə bölüşdü:

- Məlumdur ki, bu günlərdə Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, müxtəlif təlim mərkəzlərində hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib. Bu təlimlərdə bizim hərbi hissənin hava hücumundan müdafiə bölmələri də zenit-raket komplekslərindən döyüş atışlarını uğurla yerinə yetiriblər. Ümumiyyətlə, şəxsi heyətin qarşısında duran əsas məsələ onlara etibar olunmuş məkan zonasında hava hüdudlarımızın pozulmasının qarşısını almaqdır. Hazırda hava hücumundan müdafiəçilərimiz yüksək məsuliyyətlə döyüş növbətçiliyi aparır, hava məkanımızı sayıqlıqla qoruyurlar.

Bölmənin şəxsi heyəti tədris prosesindən ayrılmadan müəyyən edilmiş mövqelərdə hava hücumundan etibarlı müdafiəni təmin edirlər. Bu məqsədlə hava müdafiəçilərimiz döyüş postlarında Azərbaycanımızın aydın səması uğrunda gecə-gündüz Vətənin keşiyini çəkirlər. Biz bölmənin ərazisinə daxil olanda şəxsi heyət təlim çalışmalarını yerinə yetirirdi. Onlar günün nizam qaydasına uyğun olaraq döyüş hazırlığı məşğələsində iştirak edirdilər. Bölmədə yaradılmış səliqə-sahman və şəxsi heyətin nizam-intizamı yüksək səviyyədə idi.

Nizam-intizamı, döyüş hazırlığı və peşəkarlığı ilə seçilən bu bölmənin komandiri baş leytenant Elnur Əhmədlidir. Məhz onun tələbkarlığı, vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması sayəsində bölmə hava hücumundan müdafiənin ən hazırlıqlı və nümunəvi bölmələrindən birinə çevrilib. Elnur Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngi kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə oxuyub. Hərbi təhsilini Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində davam etdirib. Burada HHMQ ixtisasına yiyələnib. Əvvəlcə taqım komandiri təyin olunub. Hazırda bölmə komandiri vəzifəsində xidmətini davam etdirən baş leytenant E.Əhmədli bacarıqlı və peşəkar zabit kimi komandir heyətinin dərin hörmətini qazanıb. Öyrənirik ki, onun tabeçiliyində olan şəxsi heyət təlim mərkəzində keçirilən döyüş fənləri üzrə bölmələr arasında yarışlarda birincilik qazanıb.

- Biz burada cavabdeh olduğumuz ərazidə düşmənin alçaqdan uçan hava hədəfləri və yüngül zirehlənmiş texnikasının hücumunun qarşısını almaq üçün davamlı döyüş növbəsi aparırıq. Cavabdeh olduğumuz ərazi daim nəzarətimiz altındadır. Xidmətimizin xüsusiyyəti elədir ki, döyüşçülər daim yüksək döyüş hazırlığı vəziyyətindədirlər. İzah etməyə ehtiyac yoxdur ki, hava hədəflərinin yüksək sürəti bunu tələb edir. Zenit qurğularımızın heyətləri düşmənin mümkün hava hədəflərinə dərhal atəş açmağa hazırdırlar.

Müstəqilliyimizin ilk illərində ordumuzun inkişafını şərtləndirən əsas amillərdən biri yüksək peşəkarlığa malik zabit korpusunun yaradılması idi. Ümumiyyətlə, istənilən ölkədə çox haqlı olaraq zabit heyətini ordunun qızıl fondu adlandırırlar. Zabit heyəti yetərincə döyüş hazırlığına malikdirsə, mənəviyyatca təmiz, vətənpərvər, cəsurdursa, o ordunun potensialı yüksək, döyüş qabiliyyəti güclü və sarsılmaz hesab olunur. Sevindirici haldır ki, bu gün ordumuzda belə hazırlıqlı zabitlər yetişiblər. Onlar Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edirlər.

Zenitçilər bilirlər ki, verilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi peşə vərdişlərinə yiyələnməlidirlər. Ona görə də, döyüş hazırlığı məşğələlərində hərbi əməliyyatların gedişində lazım olan keyfiyyətləri qazanmaq üçün var güclərini sərf edirlər. Döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyət ixtisasa mərhələ-mərhələ yiyələnir. Fərdi hazırlıq dövründə zenitçilər əvvəlcə heyət nəfəri kimi üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğunu öyrəniblər. Sonrakı mərhələdə heyətə taqım şəklində qarşıya qoyulan vəzifələrin icrası tədris edilib. Hazırda taqım hazırlığı dövrü olduğundan daha geniş tərkibdə döyüş tapşırığını yerinə yetirmək üçün məşğələlər keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Babək Namazov, əsgərlər Seyfəddin Rəcəbov, İlham Ağayev, Toğrul Nağıyev, Toğrul Mürsəlzadə döyüş hazırlığı sınağından bacarıqla çıxaraq ixtisas, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlərdən imtahan verərək yüksək nəticə əldə ediblər.

- Döyüş hazırlığı dərslərində, məşq və təlimlərdə şəxsi heyət yüksək ixtisas və taktiki hazırlığa yiyələnirsə, öz gücünə və döyüş bacarığına inam qazanırsa, deməli, bununla da mənəvi-psixoloji hazırlığını artırmış olur. Biz əminliklə deyə bilərik ki, hava hücumundan müdafiəçilərimizin döyüş ruhu yüksəkdir və onlar qarşılarına qoyulan döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdirlər.

Lalə Hüseynova, "Azərbaycan Ordusu",
Foto: Namiq Pənahov
Ordu.az

Teqlər: Azərbaycan-ordusu   HHM  

HHM Qoşunlarında: Zenitçilər istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdirlər

2018/11/db1a2-1542445576.jpg
Oxunub: 1216     13:05     17 Noyabr 2018    