“Patriot” oyunlar: “Raytheon”un HHM sistemi yayılmağa davam edir

2018/11/10191-1542444932.jpg
Oxunub: 373     21:14     17 Noyabr 2018    
Cari il ərzində Polşa, İsveç və ən sonda Rumıniya ilə imzalanan səndələr nəticəsində “Patriot” istifadəçisi olan ölkələrin sayı artıq 16-ya çatıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bununla da bu hava hücumundan müdafiə sistemləri öz növünün ən geniş şəkildə istifadə edilənləri arasında daxil olub.

İlk istifadəsindən 30 ildən də çox keçməsinə baxmayaraq o, hələ də hələ də aktiv şəkildə təkmilləşdirilir və gələcəyin təhdidlərinə qarşı silahlandırılır.

Daha dəqiq desək Qərbin ən məşhur havadan müdafiə sistemlərindən olan bu sistemlər artıq 34 ildir ki, istifadədir. Bu müddət ərzində onun bir çox dəfə yenilənmiş versiyaları ərsəyə gətirilib.

Bəzən rəmzi olaraq “Sistemlərin Sistemləri” adlandırılan “Patriot” bir-birilə əlaqələndirilmiş ayrı-ayrı vasitələr və əsas missiya sistem hissələrindən ibarətdir.

Onun ən yeni konfiqurasiyasında bir batareya çox sayda özək komponent sistemini özündə ehtiva edir. Onların hər biri bir, yaxud daha çox yük maşınına bərkidilib. Bunlara AN/MPQ-65 radar dəsti, M903 atış stansiyası, AN/MSQ-104 nəzarət stansiyası və enerji generatoru üçün dəstək sistemləri daxildir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Patriot   Raytheon   HHM  

“Patriot” oyunlar: “Raytheon”un HHM sistemi yayılmağa davam edir

2018/11/10191-1542444932.jpg
Oxunub: 374     21:14     17 Noyabr 2018    