Rusiya ordusu PUA-larla mübarizə üçün hazırlaşır

2018/11/234-1542444446.jpg
Oxunub: 320     20:45     17 Noyabr 2018    
Rusiya hələ 2014-cü ildə Ukrayna döyüş meydanlarında bütün dünyaya dronlardan tank və digər nəqliyyat vasitələrinə hücum üçün necə istifadə edildiyini göstərmişdi. Hazırda isə Rusiya ordusunun özü Suriyada PUA-ların hücumundan qorunmaqda çətinlik çəkir.

Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi PUA-larla mübarizə üçün yeni taktikalar inkişaf etdirib və oktyabr ayında sınaqdan keçirib.

Məşqlər zamanı Suriyada terrorçuların həyata keçirdiyi dron hücumları modelləşdirilib və simulyasiya edilib.

Qeyd edək ki, ABŞ və digər ölkələrin hərbi qüvvələri dronlarla mübarizə üçün taktika və strategiyalar hazırlasalar da, Rusiya belə bir məşqi irimiqyaslı şəkildə həyata keçirən ilk ölkə olub. Rusiyanın yaxında bu il keçirilmiş silah sərgisində nümayiş edilən “Piçal” və “Rex-1” kimi PUA-ları zərərsizləşdirəcək elektron avadanlıqları da istifadəyə verəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

Rusiya ordusu PUA-larla mübarizə üçün hazırlaşır

2018/11/234-1542444446.jpg
Oxunub: 321     20:45     17 Noyabr 2018    