Rusiya sualtı qayıqlarla mübarizəyə hazırlaşır

2018/11/12078-1542444196.jpg
Oxunub: 801     12:42     17 Noyabr 2018    
Rusiya donanmasının freqatları “Admiral Makarov” və “Admiral Essen” Aralıq dənizində hərbi təlimlər keçib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya donanmasının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, təlimlərin keçirilməsində əsas məqsəd düşmən sualtı qayıqlarının izlənməsi və tapılması, dənizdə ehtiyacı olan insanlara tibbi yardım təmin edilməsi olub.

Qeyd edək ki, sözügedən freqatlar 2,600 km məsafədə quru, sahil və sualtı hədəfləri vurmağa qadir olan “Kalibr-NK” raketləri ilə silahlanıb. Təlimlərdə “Ka-27PL” və “Ka-27PS” helikopterləri də iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Rusiya   Təlim   Freqat   HDD  

Rusiya sualtı qayıqlarla mübarizəyə hazırlaşır

2018/11/12078-1542444196.jpg
Oxunub: 802     12:42     17 Noyabr 2018    