ABŞ raket təhdidlərinə qarşı kütləvi dronlardan istifadə etməyi planlaşdırır

2018/11/nomad-1542444023.jpg
Oxunub: 291     17:09     17 Noyabr 2018    
Əgər sizə yaxınlaşmaqda olan bir raketi yolundan azdırmaq istəsəniz, bunu etməyin yollarından biri onun getdiyi marşurut üzrə radio tezliklər yayan çoxsaylı dronlar yerləşdirmək olar.

Ordu.az xəbər verir ki, məhz ABŞ donanmasının borudan atılan “Nomad” dron sistemi bunun üçün dizayn edilib.

“Nomad” 0,9 metr uzunluqda olan və istifadə edilmədiyi zaman yana qatlanmış enerji yüklü bir cüt qanada sahib drondur. Havaya qalxma zamanı gələrkən, sıxılmış karbon dioksidin partlaması nəticəsində o, borudan havaya atılır. Bu zamanda onun qanadları açılır və əks istiqamətdə fırlanmağa başlayır.

Bu sistem daha sonra istənilən bir istiqamətdə uça və vəzifəsini başa vurduqdan sonra dörd ayaqlı setin üzərinə vertikal şəkildə yerləşə bilər.

Önəmli olan isə, “Nomad”ın geniş diametrə sahib olmasıdır və buna görə də çox sayda qanadlı dronları yüksək sürətlə səmaya göndərə bilər. Təəssüf ki, bu sistemin işləməsinə dair hələlik videogörüntü yayımlanmasa da, onun raket təhdidlərinə qarşı böyük üstünlük qazandıracağı söylənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Normad   Dron  

ABŞ raket təhdidlərinə qarşı kütləvi dronlardan istifadə etməyi planlaşdırır

2018/11/nomad-1542444023.jpg
Oxunub: 292     17:09     17 Noyabr 2018    