ABŞ donanması: Dünəndən bu günə nələr dəyişib?

2018/11/45877-1542441499.jpg
Oxunub: 877     11:57     17 Noyabr 2018    
Oktyabrın 13-ü ABŞ donanması 243 illik yubileyini qeyd edib. 243 il ərzində donanma bəsit hərəkət qabiliyyətli ənənəvi donanmadan 246 gəmi və sualtı qayıqdan ibarət dünyanın ən bacarıqlı və ən güclü hərbi dəniz donanması halına çevrilib. Ötən 2 əsrdə iştirak etdiyi döyüşlər və hərbi əməliyyatlar nəticəsində donanmanın həm kimliyi, həm də ənənələri dəyişib.

Əvvəllər tək vəzifəsi dəniz ticarətində təhlükəsizliyi təmin etmək olan ABŞ gəmiləri 1812-ci il müharibəsində Britaniya ordusuna qarşı zəncirvari qalibiyyətlər qazanaraq dünyanın ən güclü donanması olma yolunda ilk addımı atdı. Qalibiyyət ruhu kapitan Ceyms Lourensin ölümqabağı “Gəmiləri tərk etməyin!” sözləri və bu sözləri döyüş bayrağına həkk edərək Britaniya hərbi qüvvələrini Eri gölündə məğlub edən donanma komandiri Oliver Hazard Perri sayəsində daha da artdı.

Donanma tarixində iz buraxan digər iki tarix Vətəndaş Müharibəsi və II Dünya Müharibəsi zamanlarında olub. Hətta, İkinci Dünya Müharibəsi zamanı 57-ci Hərbi Dəniz Donanmasının dənizçiləri Konqresin fəxri medalı ilə təltif edilib.

Müharibənin sonunda artıq ABŞ donanması Soyuq müharibə dövründə və günümüzdə də davam etdirdiyi dominantlığı ələ keçirmişdi. Soyuq müharibə dövründə daha əvvəlki illərdəki kimi irimiqyaslı və güclü dəniz döyüşləri olmasa da, donanma bütün XX əsr boyu ABŞ-ın təhlükələrdən qorunma və onları dəf etmə vasitəsi olmağa davam etdi. Bu müddət ərzində donanma qələbələrinin əksəriyyəti Koreya, Vyetnam, İraq və Əfqanıstan kimi yerlərdəki müharibələr zamanı olub, amma bundan başqa, Hərbi Dəniz Qüvvələri bir atəş belə açmadan ABŞ və müttəfiq qüvvələrin təhlükəsizliyini və etibarlılığını qorumaq üçün hərbi əməliyyatlar da həyata keçirib.

Hərbi Dəniz Qüvvələri hərbi dəniz müharibəsinin simasını dəyişdirən bir çox texnoloji dəyişikliklərə də şahidlik edib: taxta gəmilərdən polad, buxarla işləyən gəmilərə keçid, daha sonra nüvə enerjisi ilə işləyən gəmilərin istehsalı, savaş gəmilərinin yüksəlişi, sualtı müharibələr, aviadaşıyıcılar, hərbi dəniz aviasiyası və s. Bu gün isə ABŞ donanması yüksək energetik lazerlər, kiber müharibə, pilotsuz robot gəmiləri, təyyarələri və sualtı qayıqları kimi yeni texnologiyalar sayəsində tranformasiya yaşayır.

Lakin donanmanın uğurunun əsas səbəbi, nə gəmilər, nə də onların istifadə etdiyi texnologiyadır. 243 illik tarixində ABŞ donanması sayca daha çox olan və daha üstün gəmilərlə qarşılaşıb. Onu digər donanmalardan fərqləndirən həmişə dənizçiləri olub. Amerikan dənizçilərinin bacarıqları və sədaqəti donanmanı dünyanın ən böyük dəniz gücünə çevirib. Bir çoxları Oliver Hazard Perri, David Faraqut, ya da admiral Halseyi təkcə hərbi dəniz qəhrəmanları olaraq tanıyır, lakin onlar həm də ABŞ dənizçilərinin liderliyi, qətiyyəti, uyğunlaşma qabiliyyəti və davamlılığının rəmzləridir.

Bu gün isə donanmada müxtəlif irq, mədəniyyət və dinlərə mənsub olan 328 mindən çox qadın və kişi vahid məqsəd ətrafında birləşir və bütün dünyada humanitar yardımdan tutmuş hərbi əməliyyatlara qədər hər sahədə öz hünərlərini göstərirlər.

Hazırda donanma qarşısında ciddi təhlükələr var: Çin donanmasının say və bacarıq olaraq artması və Çinin getdikcə artan qlobal dəniz əməliyyatları; Sovet Rusiyası donanmasından çox daha böyük və bacarıqlı sualtılara malik donanma quran Rusiya; regiona təhlükə törədən İran və Şimali Koreya və s. Lakin, ABŞ donanması Konqres tərəfindən kifayət qədər və stabil büdcə aldığı müddətcə 243 ildir bacardığı kimi, bu təhlükələrin də öhdəsindən gəlməyi bacaracaq.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   HDD  

ABŞ donanması: Dünəndən bu günə nələr dəyişib?

2018/11/45877-1542441499.jpg
Oxunub: 878     11:57     17 Noyabr 2018    