Rusiya MN: Suriyalı qaçqınlar evlərinə qayıdır

2018/11/13710-1542441095.jpg
Oxunub: 244     11:46     17 Noyabr 2018    
7 illik konflikt nəticəsində evindən qaçqın düşmüş 5,6 milyon suriyalıdan 270 mini son bir neçə ayda evlərinə qayıdıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən general polkovnik Mixail Mizintsev bildirib.

O qeyd edib ki, təkcə ötən həftə 6 min qaçqın Suriyaya qayıdıb.

Moskva Suriyada müharibə və zorakılığın azaldığını vurğulayaraq qaçqınları geri qayıtmağa səsləyir. Qərb ölkələri və YUNİCEF də daxil olmaqla BMT-nin insan haqları üzrə işləyən qrupları isə onların qayıtdıqları təqdirdə təqiblərlə üzləşəcəyini düşünür və siyasi razılaşma olmadan qaçqınların geri qayıtmalarını dəstəkləmir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Rusiya   Suriya   Qaçqın  

Rusiya MN: Suriyalı qaçqınlar evlərinə qayıdır

2018/11/13710-1542441095.jpg
Oxunub: 245     11:46     17 Noyabr 2018    