Pentaqon HHQ, HDQ və QQ ilə bağlı 3 yeni müqavilə imzalayıb

2018/11/_20181117_202102_1542471675.jpg
Oxunub: 347     18:32     17 Noyabr 2018    
ABŞ Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri silah-sursatın çatdırılması və dəstək xidmətinin göstərilməsi ilə bağlı 3 yeni müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilələr “Space Vector Corporation”, “Lockheed Martin” və “DRS Sustainment Systems” firmaları ilə imzalanıb.

ABŞ Hərbi Hava Qüvvələrinin imzaladığı 424 milyon dollarlıq müqavilə çərçivəsində “Space Vector Corporation” HHQ-nin Raket Sistemləri Atış Proqramına zəruri dəstək xidməti təmin edəcək.

Yuxarıda qeyd edildiyi kimi başqa bir müqavilə isə “Lockheed Martin”lə razılaşdırılıb. Müqavilənin dəyəri 282 milyon dollardır. Müqavilə əsasında firma Çoxfunksiyalı Dəniz Döyüş Gəmiləri inşa ediləcək.

“DRS Sustainmentlə” imzalanan 30,4 milyon dollarlıq müqavilənin məqsədi ABŞ QQ-nin Kimyəvi Bioloji Müdafiə Sisteminin istehsalatını dəstəkləmək üçün kiçik dəstlərin çatdırılmasını təmin etməkdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Müqavilə  

Pentaqon HHQ, HDQ və QQ ilə bağlı 3 yeni müqavilə imzalayıb

2018/11/_20181117_202102_1542471675.jpg
Oxunub: 348     18:32     17 Noyabr 2018    