Yaponiya yeni müdafiə proqramında nələrə köklənəcək?

2018/11/456-1542440628.jpg
Oxunub: 295     17:42     17 Noyabr 2018    
Yaponiyanın iqtidar koalisiyası yeni milli müdafiə proqramında ballistik raketlər, kiberhücumlar və elektromaqnit hücumlardan meydana gələn təhdidlərə fokuslanacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İtsunori Onodera danışıb.

Hökumətin yeni müdafiə proqramını hazırlamaq məqsədilə formalaşdırdığı tapşırıq qrupu ilə bir araya gələn Onodera Şimali Koreyanın ballistik raket imkanlarını təkmilləşdirmədiyini xatırladıb.

Tapşırıq qrupunun rəhbəri kimi təyin olunması gözlənilən Onodera, ballistik raketlərlə yanaşı kiber və elektromaqnit hücumların da əsas problemlərdən olduğunu söyləyib.

Onun sözlərinə görə, hökumət yeni proqramı bu ilin sonuna qədər qəbul etməyi planlaşdırır. Ona ediləcək ilk yeniliklər isə qarşıdakı beş ildə baş tutacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Yaponiya yeni müdafiə proqramında nələrə köklənəcək?

2018/11/456-1542440628.jpg
Oxunub: 296     17:42     17 Noyabr 2018    