Gələcək müharibələrə dominantlıq edəcək 5 qabaqcıl texnologiya

2018/11/advan-1542439746.jpg
Oxunub: 1283     15:26     17 Noyabr 2018    
Lazer silahlar, elektromaqnit toplar və kosmik qırıcılar elmi-fantastika kimi səslənsə də, onlar artıq reallığa düşündüyümüzdən də yaxındır. Müasir müharibə qaydaları dəyişir və yeni qabaqcıl hərbi ləvazimatlar meydana gətirir.

Ordu.az xarici KİV-lərə istinadən gələcək müharibələrə dominantlıq etməyə hazırlaşan beş qabaqcıl hərbi texnologiyadan yazır.

Ağıllı Güllələr: Nəyin baş verməsindən asılı olmayaraq, gələcəkdə də döyüşlərin əsasının quruda baş verəcəyinə inam böyükdür. Hərbi bazaların nəzarətini ələ keçirmə, əsas hərbi obyektləri idarə etmək insan əsgərlərin öhdəliyində olmalıdır.

Lakin bu məsələdə dəyişən əsas şey silahların növüdür. Hazırda DARPA tərəfindən təkmilləşdirilməkdə olan ağıllı güllələr optik sensorlarla təchiz ediləcək və onun hədəfdən yayınması mümkünsüz olacaq.

Hipersəs raketlər: hipersəs raketlər səsdən azı 5 dəfəyə qədər daha sürətli hərəkət edə bilən mərmilərdir. Rusiya, Çin və Birləşmiş Ştatlar hazırda bu sahəyə böyük diqqət ayırır. Hipersəs raketlərin sürəti 21000 km/saata qədər arta bilir. Onların yüksək sürəti təkcə böyük dağıntı ilə yox, həm də zərərsizləşdirilməsinin çətin olması ilə də nəticələnəcək.

Elektromaqnit toplar: Bəzi müdafiə ekspertləri iddia edir ki, elektromaqnit topların yerləşdirilməsinə 10 ildən də az qalıb. Bu toplar elektromaqnit gücdən istifadə edərək öz hədəflərinə Max 6-7 sürətlə yaxınlaşırlar. Bu topların ilk dəfə dəniz esmineslərində yerləşdirilməsi gözlənilir.

Pilotsuz Kosmik Vasitə: Çinin öz peyklərindən birini sıradan çıxartmaq məqsədilə kosmosa raket göndərməsi “Star Trek” bənzəri kosmik döyüşləri ağla gətirdi. DARPA-nın XS-1-i kosmosda təhdidlərə cavab vermək və peyklərin buraxılmasının sürətləndirilməsinə imkan verəcək. ABŞ ümid edir ki, bu qabaqcıl hərbi ləvazimatların hərbi peykləri məhv etməkdə faydalı olacaq.

Enerji silahları: Bu da reallıqdan çox da uzaq olmayan daha bir texnologiyadır. Əslində “USS Ponce”a tam əməliyyat qabiliyyətinə sahib enerji silahı yerləşdirilib. Bu lazer silahı dronların və digər düşmən aviasiya vasitələrinin sıradan çıxarılması məqsədi daşıyır. Silah həm də kiçik qayıqların məhv edilməsində faydalı ola bilər. BU silahların AC-130 helikopterlərinə inteqrasiyası planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Enerji-silahları   Ağıllı-güllələr   Hipersəsraketlər   PilotsuzKosmikVasitə   Elektromaqnittoplar  

Gələcək müharibələrə dominantlıq edəcək 5 qabaqcıl texnologiya

2018/11/advan-1542439746.jpg
Oxunub: 1284     15:26     17 Noyabr 2018    