Ermənistandakı hərbi komissarlıqlarda başıpozuqluq: Kənd sakinini xəstəxanalıq etdilər

2018/11/previ-1542437891.jpg
Oxunub: 298     10:57     17 Noyabr 2018    
Ermənistanın Ararat vilayətinin Nşavan kənd sakini Qeğam Bağdasaryan polisə müraciət edərək bildirib ki, Artaşat hərbi komissarlığında onu döyüb, burnunu sındırıblar.

Ordu.az xəbər verir ki, bu barədə "shamhsyan.com" saytı məlumat yayıb.

Məlum olub ki, noyabrın 15-də saat 17:00 radələrində Artaşat rayon hərbi komissarlığında baş verən mübahisə və dava zəminində Artaşat şəhər sakini 28 yaşlı Harutyun Yeğiazaryan, 38 yaşlı Ararat vilayətinin Nşavan kənd sakini Qeğam Bağdasaryanı döyərək burnunu sındırıb.

Qeyd edək ki, 28 yaşlı Harutyun Yeğiazaryan həmin hərbi komissarlıqda nəqliyyat bölməsinin rəisi olaraq, kapitan hərbi rütbəsində xidmət edir. Artaşat hərbi komissarlığında toplanan materiallar hərbi polisə təqdim olunub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Hərbi-komissarlıq   Zorakılıq  

Ermənistandakı hərbi komissarlıqlarda başıpozuqluq: Kənd sakinini xəstəxanalıq etdilər

2018/11/previ-1542437891.jpg
Oxunub: 299     10:57     17 Noyabr 2018    