Paşinyan həyati risklərə gedir: Lukaşenko və Nazarbayevdən izahat?

2018/11/546-1542437103.jpg
Oxunub: 3143     10:42     17 Noyabr 2018    
Ermənistanın Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan ölkəmizin səfiri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı cari vəziyyəti müzakirə etməsi ilə bağlı izahat tələb edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan özü danışıb.

“Mən bir dövlətin başında olan və bu vəzifəni 30 ildir tutan bir adamın belə bir hərəkət yol verməsindən heyrətə gəlmişəm. Və Əlbəttə, mən Belarus prezidentindən açıqlama tələb edəcəm, amma təkcə Belarus prezidentindən yox”, - deyə Paşinyan söyləyib.

Paşinyan vurğulayıb ki, o həm də Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən də izahat tələb edəcək. Buna səbəb isə KTMT-nin yekun iclasından sonra Nazarbayevin Belarus nümayəndəsinin KTMT-nin Baş katibi təyin ediləcəyi ilə bağlı bəyanat verməsidir.

“Heç kimin belə bir açıqlama verməyə haqqı yoxdur çünki, KTMT-dəki qərarlar konsensus yolu ilə qəbul edilir və biz açıq şəkildə mövqeyimizi ifadə etmişik. KTMT çərçivəsindəki müttəfiqlərlə çox açıq söhbətimizin olub və hər kəsə, bütün tərəflərə aydın olub”, - deyə Paşinyan əlavə edib.

O, bu məsələnin Rusiya prezidenti Vladimir Putinlə həyata keçirilən telefon danışığı zamanı müzakirə edildiyini və Ermənistanın ortaq anlaşmaya varılması üçün KTMT partnyorları ilə birgə çalışmağa davam edəcəyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Paşinyan   KTMT   Ermənistan-Belarus  

Paşinyan həyati risklərə gedir: Lukaşenko və Nazarbayevdən izahat?

2018/11/546-1542437103.jpg
Oxunub: 3144     10:42     17 Noyabr 2018    