“National Interest”: Rusiyanın “Armata T-14”ü İsrail “Merkava”sına qarşı

2018/11/546-1542436719.jpg
Oxunub: 750     10:36     17 Noyabr 2018    
Suriyada həyata keçirdiyi operativ yoxlama və qiymətləndirmə əməliyyatlarından sonra, Rusiyanın ən son model silahı olan “Armata T-14”ləri Suriyada istifadə etməsi ehtimal edilir. Hazırda yeni tankların 20 prototipi yaradılmaqdadır və Taman diviziyası üçün daha 100 tank da hazırlana bilər. Əgər Rusiya “Armata T-14”ləri Suriyada istifadə edərsə, onlar İsrail istehsalı “Merkava” tankları ilə qarşılaşa bilər. Bəs belə bir qarşılaşma olarsa kim qalib gələcək?

“Merkava IVm Windbreaker” “Trophy” aktiv müdafiə sistemi, “Tzayad” döyüş meydanını idarəetmə sistemi və modulyar zireh kimi qabaqcıl texnologiyalara malikdir. Bundan əlavə, tank heyəti yaxın gələcəkdə əlavə edilməsi planlaşdırılan “Elbit Iron Vision” sistemi vasitəsilə tanka yerləşdiriləcək xarici kameralardan ətraf əraziləri izləyə biləcək. Sözügedən sistem hələ 2017-ci ildə sınanıb, lakin nə zaman istifadə olunacağı məlum deyil. Tətbiqi Elmlər Universitetinin məzunu olan mühəndis kapitan Stefan Bühler qeyd edir ki, hazırda ekspertlər arasında əsas müzakirə mövzusu tankda oturan komandirin kifayət qədər məlumat alıb almayacağıdır. Tanka yerləşdirilən kameralar və elektro-optik aparatlar müəyyən müşahidələr etmək üçün imkan verir, lakin səmada olan bir “F-35”lə müqayisə edildiyində tankın izləmə qabiliyyəti çox daha aşağıdır.

“T-14” tankları “Merkava” ilə müqayisədə daha müasir müdafiə sisteminə, eyni zemanda reaktiv və passiv zireh təminatına malikdir. O, 35 ton ağırlığında və 1500 hp mühərrikə malik olan İsrail tankından daha sürətli və çevikdir. Sensorlar və situativ məlumatlandırılması baxımından isə İsrail tankı “T-14” üzərində böyük üstünlüyə malikdir. Bu problem “Iron Vision” adlanan sistemlərlə həll edilə bilər, lakin Rusiyanın bu texnologiyaya malik olub olmadığı sual altındadır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

“National Interest”: Rusiyanın “Armata T-14”ü İsrail “Merkava”sına qarşı

2018/11/546-1542436719.jpg
Oxunub: 751     10:36     17 Noyabr 2018    