ABŞ HHQ “GBU-49 Paveway II” bombasını sınaqdan keçirib

2018/11/Air-F-1542435124.jpg
Oxunub: 777     10:08     17 Noyabr 2018    
ABŞ HHQ-nın 34-üncü Qırıcı Eskadrilyasının 388-ci Qırıcı Təyyarə bölməsi “Hill” hərbi bazasında “GBU-49 Enhanced Paveway II” bombasını “F-35A Lightning II” təyyarəsi vasitəsilə sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə polkovnik-leytenant Metyu Conston məlumat verib.

Onun sözlərinə görə, 226 kq-lıq bu silah çox çevik, etibarlı, dəqiq və təsirlidir.

“İstifadə etdiyimiz və edəcəyimiz hər silah döyüş taktikamızı inkişaf etdirməyə və “F-35A”nı daha ölümcül etməyə kömək edir”, - deyə o bildirib.

Qeyd edək ki, ikili GPS sisteminə malik olan “GBU-49 Enhanced Paveway II” “F-35”lərin hərəkət edən obyektləri vurmasını asanlaşdıracaq.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: GBU-49   ABŞ  

ABŞ HHQ “GBU-49 Paveway II” bombasını sınaqdan keçirib

2018/11/Air-F-1542435124.jpg
Oxunub: 778     10:08     17 Noyabr 2018    