Husilər Hudeydədə Yəmən ordusuna hücum edib

2018/11/f-hod-1542433034.jpg
Oxunub: 252     09:36     17 Noyabr 2018    
Hudeyda şəhərindəki sakitliyin bərpa edildiyi və Yəmən ordusunun hərbi əməliyyatları dayandırması ilə bağlı xəbərlərə baxmayaraq, Husilərin cəbhə və hərbi postlara hücumları davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, Yəmən və Ərəb Koalisiyası beynəlxalq tələblərə cavab olaraq Hudeyda şəhərinin cənubunda hərbi əməliyyatları dayandırıb. Şimalda isə şəhərə daxil olmağa çalışan yüzlərlə qiyamçının öldürüldüyü bildirilib.

Husilərin Hudeydanın əsas limanları ətrafında minalar yerləşdirdiyi düşünülür. Eyni zamanda, Ərəb Koalisiyasının havadan müdafiə sistemləri dənizə düşmüş balistik raketi müəyyən ediblər. Sözügedən raketin husilər tərəfindən Salif bölgəsindən atıldığı güman edilir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Yəmən   Hudeydə   Husilər  

Husilər Hudeydədə Yəmən ordusuna hücum edib

2018/11/f-hod-1542433034.jpg
Oxunub: 253     09:36     17 Noyabr 2018    