“ABŞ PYQ-də hərbi bazanın tikintisi üçün Avstraliya ilə birlikdə çalışacaq” – Pens

2018/11/AP183-1542432313.jpg
Oxunub: 344     09:22     17 Noyabr 2018    
“ABŞ Avstraliya və Papua Yeni Qvineya ilə onların Lombrumdakı müştərək hərbi bazasında əməkdaşlıq edəcək. Biz bu iki ölkə ilə Sakit Okeanda müstəqillik və dəniz hüquqlarını təmin etmək üçün çalışacağıq.”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Maykl Pens şənbə günkü çıxışında deyib.

Onun sözlərinə görə, Sakit Okeandakı Çin təhlükəsinə qarşı yeni hərbi baza yaradılacaq. ABŞ-la uzunmüddətli hərbi əməkdaşlığı olan Avstraliya Manus adalarında “PNG Lombrum” hərbi dəniz bazasını yeniləyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Çinin Sakit Okean ölkələri üçün qrantlar və infrastruktur kreditləri təklif etməsi və regionda təsirini artırmaq üçün həyata keçirdiyi yumşaq siyasət hər üç ölkəni narahat etməkdədir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   Avstraliya   Hərbi-Baza  

“ABŞ PYQ-də hərbi bazanın tikintisi üçün Avstraliya ilə birlikdə çalışacaq” – Pens

2018/11/AP183-1542432313.jpg
Oxunub: 345     09:22     17 Noyabr 2018    