Oktyabrın 16-sında İsrail, təyyarələrindən birinin Dəməşq yaxınlığında Livan üzərində uçan İsrail kəşfiyyat təyyarələrinə atəş açan yer-hava tipli raketlə toqquşduğunu açıqlayıb. Toqquşma nəticəsində akkumulyatora ziyan dəysə də. İsrail təyyarəsi hadisədən xəsarətsiz ötüşüb. Sözügedən hadisə, Rusiya Müdafiə nazirinin Netanyahu və Liberman ilə görüşmək üçün İsrailə səfər etdiyi gün baş verib.
Digər bir xarici mənbəyə görə, İsrail təyyarəsi Suriya tərəfindən istehsalı 1960-cı illərə dayanan “S-200” raketi ilə vurulub.
Dəməşqdəki toqquşmadan bir neçə saat sonra İsrail KİV-ləri “F-35”in hələ iki həftə əvvəl quşla toqquşduğunu və istifadəyə yararsız olduğunu bildirsə də, mənbələr təyyarənin hadisədən sonrakı fotoşəkillərini yayımlamayıb.
“F-35”in quşla toqquşma zamanı, yoxsa Rusiya raketi vasitəsilə vurulduğu dəqiqləşdirilməsə də, məsələnin əsl maraqlı tərəfi bu deyil. Maraqlı olan ABŞ-ın texnoloji gücünün simvolu halına gəlmiş “F-35”in vurulması və ya ona zərər dəyməsi ilə bağlı istənilən şayiənin bu qədər diqqət çəkməsidir.
Sevinc Əliyeva
Ordu.az