Yaponiya ABŞ bazalarına görə Rusiyaya söz verib

2018/11/43534-1542375182.jpg
Oxunub: 297     18:30     16 Noyabr 2018    
Yaponiya mübahisəli adaların özünə təhvil veriləcəyi təqdirdə burada ABŞ bazalarının yerləşdirilməyəcəyinə dair Rusiyaya söz verib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Şinzo Abe danışıb.

Diplomatik imkanlarını möhkəmləndirmək və güclənməkdə olan Çinə qarşı Rusiya ilə əlaqələrini yaxşılaşdırmağa çalışan Abe, Qərbi Sakit okeandakı dörd ada üzərində mövcud olan mübahisəni aradan qaldırmağa çalışır.

İkinci Dünya müharibəsinin sonlarında Sovet qoşunları tərəfindən ələ keçirilən adalar Yaponiyada Şimal Ərazilər, Rusiyada isə Cənubi Kuril adaları kimi tanınır.

Qərbi Sakit okeana çıxışını təmin edən adalar Rusiya üçün strateji dəyərə sahibdir. Bununla yanaşı, hər iki lider bir neçə gün öncə Sinqapurda baş tutan danışıqlarda sözügedən məsələ ilə bağlı həll prosesinin sürətləndirilməsinə dair razılıq əldə ediblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Kuril   Rusiya-ABŞ  

Yaponiya ABŞ bazalarına görə Rusiyaya söz verib

2018/11/43534-1542375182.jpg
Oxunub: 298     18:30     16 Noyabr 2018    