ABŞ Polşada hərbi baza açmaqda həvəsli deyil

2018/11/10682-1542373798.jpg
Oxunub: 233     16:54     16 Noyabr 2018    
ABŞ Polşada “Fort Trump” hərbi bazasını qurmaqda çox da həvəsli deyil.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Vaşinqtonun Polşada hərbi varlığının artırılması üçün bəzi şərtləri var.

Varşava bazanın yaradılmasının ilkin konsepsiyasından imtina etməyə hazırdır. Lakin iki tərəf hələ də ABŞ-ın silah və döyüş sursatının, eləcə də komanda və kəşfiyyat strukturunun elementlərini Polşaya yerləşdirilməsini müzakirə edirlər.

Xatırladaq ki, hərbi baza yaratmaq məsələsi sentyabrda ABŞ və Polşa prezidentlərinin görüşündə də müzakirə edilib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Polşa   Hərbi-baza   ABŞ  

ABŞ Polşada hərbi baza açmaqda həvəsli deyil

2018/11/10682-1542373798.jpg
Oxunub: 234     16:54     16 Noyabr 2018    