Erməni politoloq etiraf etdi: "KTMT Baş katibliyinə görə bizi alçaldırlar"

2018/11/Lukas-1542370083.jpg
Oxunub: 1185     15:56     16 Noyabr 2018    
"Hətta 1,5 il müddət qalmış olsa da, KTMT Baş katibini ermənilər təyin etməlidir. Buna imkan verməyərək, bala sənə aid deyil, çəkil bir tətəfə deməklə onlar bizi alçaldırlar. Məsələ budur, yoxsa nə KTMT, nə də Baş katib haqqında gecələr yuxu görmürük. Mən Ermənistanın rəhbəri olsaydım, məsələni kəskin qoyardım. Ya bizə aid olanı verirsiz, ya da biz KTMT-dən çıxırıq, yoxsa bu nə oyunlardır? Bu müddəti dövlət əldə edir və öz namizədini irəli sürür. Bu o deməkdir ki, əgər Baş katibliyi bizə vermirlərsə, demək Ermənistanın maraqlarını tapdalayırlar. Realda Xaçaturovu 4 dəfə də dəyişə bilərdik, belə bir məhdudiyyət KTMT-nin nizamnaməsində yoxdur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Mudos Vivendi” analitik mərkəzin direktoru, ekspert Ara Papyan deyib.

Onun sözlərinə görə, Ermənistan KTMT-də ən sadə məsələni həll edə bilmir və təşkilatdan çıxmalıdır.

"BMT-də də nümayəndəmiz var. Kimin nə işi var, neçə dəfə istəsək dəyişə bilərik. Rotasiya qaydasına uygun olaraq, tez-tez müxtəlif komissiyaların sədrləri seçilir. Əgər bu müddət ərzində onu dəyişsək, bu, komissiyanın sədrliyi səlahiyyətini itirmək mənasını vermir. Yeni şəxs həmin vəzifəni qəbul edir. İndi nə üçün KTMT-də bu edilə bilməz, başqası olmalıdır? Mən bunu başa düşə bilmirəm. Bu yer Xaçaturovun yox, Ermənistan nümayəndəsinindir. Razıyam öncədən məlumat verilməyib. Bu, üzücü haldır, ancaq buna görə qanun dəyişmir. İncimək qanunu dəyişməyə əsas verə bilməz. Baxın ən sadə məsələni KTMT-də müdafiə edə bilmirik. KTMT-nin öz əsgəri, onun həyatı hesabına bizi müdafiə etməyə gələcəyinə ümid etmək olarmı? Xeyr gəlməyəcəklər. O zaman, əgər gəlməyəcəklərsə, KTMT bizim nəyimizə lazımdır. Qeyd edim ki, KTMT və Rusiya müxtəlif şeylərdir. Mənə elə gəlir ki, Ermənistanın təhlükəsizliyi üçün Rusiya-Ermənistan münasibətləri kifayətdir", - deyə Papyan kəskin çıxış edib.

Erməni politoloq vurğulayıb ki, Rusiyanın müxtəlif ciddi maraqları var, Belarusu isə Azərbaycanla daha möhkəm bağlar bir-birinə bağlayır: "Belarus Azərbaycana silah satır, ucuz neft alır, bunun da üzərində oynayır. Bəzən isə ruslarla bazarlıq edir. Bəs biz nə etməliyik, birbaşa deməliyik ki, şərtlər bunlardır, bizim yerimizdə budur?".

Xatırladaq ki, Yuri Xaçatuorv 2017-ci ilin 2 may tarixindən təyin olunduğu KTMT-nin Baş katibi vəzifəsindən noyabrın 2-də azad edilib. Ermənistanda onu "1 Mart" işi üzrə konstitutsiya quruluşunun dəyişdirilməsində ittiham edirlər.

KTMT-nin Baş katibi ilə bağlı qərar təşkilata üzv ölkələrin rəhbərlərinin iştirakı ilə dekabrın 6-da Sankt Peterburqda keçiriləcək görüşdə qəbul ediləcək. Bu müddət ərzində KTMT-nin Baş katibi vəzifəsini Valeri Semerikov yerinə yetirir. Yeni namizədlər barədə söhbətlər isə ara vermir. Əsas məsələ isə cəmi 1,5 il müddət qaldığına görə Ermənistan nümayəndəsinin heç bir fəaliyyət göstərə bilməyəcəyidir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Ermənistan  

Erməni politoloq etiraf etdi: "KTMT Baş katibliyinə görə bizi alçaldırlar"

2018/11/Lukas-1542370083.jpg
Oxunub: 1186     15:56     16 Noyabr 2018    