Paşinyan taktiki hərbi təlimləri izləyib

2018/11/234-(-1542368254.jpg
Oxunub: 491     15:36     16 Noyabr 2018    
Bu gün Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “N” saylı hərbi hissəyə gələrək taktiki hərbi təlimləri izləyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan Baş Nazirinin Ofisi tərəfindən yayılıb.

Paşinyanı Müdafiə naziri Davit Tonoyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının birinci müavini, general-mayor Onik Qasparyan müşayiət ediblər.

Nikol Paşinyan cəbhədə mövcud vəziyyətlə tanış olub. Bundan sonra Paşinyana mühəndis və istehkam işləri, etibarlı müdafiə aparılması üçün yeni texnologiyalar, cəbhədəki hərbi heyətin təhlükəsizliyinin artırılması və texniki avadanlıqlar barədə məlumat verilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Paşinyan   Təlim  

Paşinyan taktiki hərbi təlimləri izləyib

2018/11/234-(-1542368254.jpg
Oxunub: 492     15:36     16 Noyabr 2018    