Ukrayna Müdafiə naziri: “Müdafiə büdcəsi çox aşağıdır”

2018/11/PET_1-1542366117.jpg
Oxunub: 282     15:01     16 Noyabr 2018    
Ukrayna Müdafiə naziri Stepan Poltorak 2019-cu il üçün 3,6 milyard dollarlıq müdafiə büdcəsi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə ukraynalı nazir hökumətin iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, bu məbləğ indiyədək olan ən yüksək məbləğdir. Lakin Ukrayna müdafiə büdcəsi hələ də hərbçilərin bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etmir.

“Biz bu gün bir sıra çətinliklərlə üzləşmişik”, - deyə o əlavə edib.

Poltorak, həmçinin ölkənin müharibə şəraitində olduğunu da xatırladıb və qeyd edib ki, 2018-ci il üçün təklif olunan 4,9 mlrd dollarlıq məbləğin sadəcə 60%-ni təmin edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Ukrayna   Hərbi-büdcə  

Ukrayna Müdafiə naziri: “Müdafiə büdcəsi çox aşağıdır”

2018/11/PET_1-1542366117.jpg
Oxunub: 283     15:01     16 Noyabr 2018    