“National Interest”: Rusiya ABŞ “Humvee”lərini necə oğurlayıb?

2018/11/53077-1542365306.jpg
Oxunub: 913     14:46     16 Noyabr 2018    
2008-ci ilin avqust ayında Gürcüstanla müharibədən sonra Rusiya hərbi qüvvələri gözlənilməz mükafatla qarşılaşdı: beş ədəd ABŞ hərbi dəniz piyadalarına məxsus “Humvee”.

“Humvee” ön cəbhəyə insan və aşağı çəkili yüklərin daşınması üçün ABŞ ordusunda 1983-cü ildən etibarən istifadə edilən yüksək hərəkət qabiliyyətinə malik çoxməqsədli nəqliyyat vasitəsidir.

Sözügedən maşınlar IV Dəniz Logistika Qrupun Hərbi Polis Şirkətinin VI Rabitə Batalyonu dəstəsinə məxsus idi. Onlar Qara Dənizin Poti limanında “Washington Times” tərəfindən “həssas rabitə və elektron avadanlıqlar” adlandırılan yükləri ABŞ-a geri daşımaq üçün gözləyirdilər.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, hadisənin ardıcıllığı belə olub.

Əvvəlcə, Rusiya qüvvələri Potidə hərbi dəniz və ticarət limanlarına çıxışı bağlayıb və donanmanın ən müasir raket-kateri olan “Dioskuria”nı müşahidəçilərin nəzərindən yayındırıb. Bir neçə dəqiqə sonra şiddətli partlayış səsi eşidilib. Partlayışın ardından Rusiya yük və zirehli maşınları 20-ə yaxın əlləri və gözləri bağlanmış gürcü əsgəri ilə limanı tərk edərkən görülüb.

Dəniz Piyadaları Komandanı General Ceyms Konveyin sözlərinə görə, “Humvee”lərdən dördü ənənəvi, biri isə əlavə silahlandırılmış versiyalar olub və heç biri nə qabaqcıl izləmə texnologiyası, nə də kriptologiya aparat təminatı ilə təmin olunmayıb. Bununla belə, generalın sözlərinə görə ABŞ “Humvee”ləri geri istəyəcək.

“Biz Rusiyaya qəbz göndərəcəyik, onlar ya hərbi maşınların pulunu ödəməli, ya da geri verməlidirlər. Uzun müddət idi ki, “Humvee”lər unudulmuşdu. 2008-ci il hərbi müdaxiləsindən sonrakı seçkilərdə Obamanın qazanması ilə Rusiya ilə münasibətlərdə yeni dövr başlandı və 2010-cu ildə Strateji Silahların Azaldılması Müqaviləsi üzərində işləməyə başladıq. Lakin biz 2008-ci il müdaxiləsi zamanı müsadirə edilmiş Birləşmiş Ştatlara məxsus bütün hərbi texnikanın geri qaytarılmasını istəyəcəyik.”

Qeyd edək ki, Rusiya sözügedən hərbi maşınları müharibə qənimətləri olaraq dəyərləndirib və onları geri qaytarmaq üçün heç bir öhdəliyi olmadığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Humvee   ABŞ   Rusiya   Gürcüstanmüharibəsi  

“National Interest”: Rusiya ABŞ “Humvee”lərini necə oğurlayıb?

2018/11/53077-1542365306.jpg
Oxunub: 914     14:46     16 Noyabr 2018    