Çin Hindistan ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır

2018/11/5fbe2-1542355984.jpg
Oxunub: 225     12:12     16 Noyabr 2018    
Çin və Hindistan arasında müxtəlifliklərdən daha çox ortaq maraqlar var və buna görə də, ölkələrimiz arasında əməkdaşlığın güclənəcəyinə ümid edirik.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Çin Dövlət Müşaviri və Müdafiə naziri Vey Fenqe səsləndirib.

Pekində Hindistan Müdafiə katibi Sancay Mitra və Monqolustan Müdafiə Nazirliyinin Dövlət katibi Kalzanku Batbileqi qəbul edən Fenqe əvvəlcə Hindistanla olan əlaqələrinin Çin üçün ən əhəmiyyətli ikitərəfli münasibətlərdən biri olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, iki ölkə təhlükəsizlik sahəsində qarşılıqlı inamı gücləndirməli, hərbi mübadiləni genişləndirməli, fikir ayrılıqlarını aradan qaldırma istiqamətində birgə çalışmalıdır.

Ölkəsinin Monqolustanla əlaqələrə də böyük önəm verdiyini söyləyən nazir Çin-Monqolustan hərtərəfli strateji partnyorluğun əsasının qoyulacağına ümidvar olduğunu dilə gətirib.

Ağalar Ağalarlı

Teqlər:

Çin Hindistan ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır

2018/11/5fbe2-1542355984.jpg
Oxunub: 226     12:12     16 Noyabr 2018    