“Cənubi Çin dənizi heç bir dövlətə məxsus deyil” – Pens

2018/11/23423-1542354032.jpg
Oxunub: 332     11:38     16 Noyabr 2018    
“Cənubi Çin dənizi heç bir dövlətə məxsus deyil və ABŞ beynəlxalq hüququn imkan verdiyi istənilən bölgədə uçmağa, üzməyə davam edəcək”.

Ordu.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens səsləndirib.

Cənub-Şərqi Asiya dövlətlərinin liderləri ilə görüşən Pens bildirib ki, Hind-Sakit okean regionunda imperatorluq və aqressiyaya yer yoxdur.

Qeyd edək ki, Cənubi Çin dənizinə iddialar irəli sürən Çin bir müddətdir ki, buradakı adaları hərbiləşdirməyə çalışır. ABŞ isə buna qarşı olaraq sərbəst dənizçilik adı altında bölgədən mütəmadi keçidlər həyata keçirir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Çin-dənizi   ABŞ   Çin  

“Cənubi Çin dənizi heç bir dövlətə məxsus deyil” – Pens

2018/11/23423-1542354032.jpg
Oxunub: 333     11:38     16 Noyabr 2018    