Rusiya Azovda hərbi quruculuq planlaşdırmır

2018/11/26302-1542353312.jpg
Oxunub: 198     11:27     16 Noyabr 2018    
Rusiya Ukrayna qüvvələrinin bölgədəki fəaliyyətinə cavab olaraq Azov dənizində hərbi mövcudluğunu artırmağı planlaşdırmır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin danışıb.

“Bizim Azovda hərbi bazalarımız yoxdur, bura yerləşdirilən döyüş gəmiləri isə Krım körpüsünün təhlükəsizliyi üçündür. Biz Azovda hərbi quruculuq planlaşdırmırıq”, - deyə o vurğulayıb.

Bununla yanaşı o, Ukraynanı Berdyanskda dəniz bazası tikəcəyi ilə bağlı ifadələr səsləndirməklə regionda həyəcanlı vəziyyət yaratmaqda ittiham edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Azov  

Rusiya Azovda hərbi quruculuq planlaşdırmır

2018/11/26302-1542353312.jpg
Oxunub: 199     11:27     16 Noyabr 2018    