ABŞ Afrikadakı hərbçilərinin sayını 10% azaldacaq

2018/11/18060-1542353026.jpg
Oxunub: 244     11:22     16 Noyabr 2018    
Pentaqon Afrikada terrorla mübarizə missiyaları çərçivəsində fəaliyyət göstərən əsgərlərinin sayını 10%-ə qədər azaltmağı planlaşdırır.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, qarşıdakı üç ili əhatə edəcək azalma planı Pentaqon daxilində uzun müddətdir müzakirə edilən məsələlərdəndir.

Qərarın dəqiq olaraq nə qədər hərbçini ehtiva edəcəyi məlum olmasa da, hazırda Afrika Komandanlığına bağlı 7200 Pentaqon personalının olduğunu demək mümkündür.

Xüsusi Əməliyyatlar Komandanlığının isə Niger, Somali, Kamerun kimi ondan çox ölkədə 1200-ə qədər əməkdaşı fəaliyyət göstərir. Onların əsas vəzifəsi yerli qüvvələrə təlim keçməkdir.

Qeyd edək ki, bu qərar Tramp administrasiyasının Rusiya və Çin kimi rəqiblərə fokuslanmış Milli Müdafiə Strategiyasının tələblərindən dolayı qəbul edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ Afrikadakı hərbçilərinin sayını 10% azaldacaq

2018/11/18060-1542353026.jpg
Oxunub: 245     11:22     16 Noyabr 2018    