Avropanın futuristik qırıcı proqramı yenidən diqqət mərkəzinə gəlir

2018/11/GQPTC-1542292324.jpg
Oxunub: 303     21:10     15 Noyabr 2018    
Almaniya 2040-cı ildə Avropa üçün yeni təyyarənin inşasını nəzərdə tutan layihədə Fransayla birlikdə fəaliyyətini davam etdirə bilər, lakin Berlindən irəli gələn hər hansı təşviqedici addım gözlənilmir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu, Almaniyanın Gələcək Döyüş Hava Sistemi (GDHS) planına rəhbərlik edən briqada generalı Gerald Funkenin müdafiə sənayesi liderlərinə çatdırmaq istədiyi ismarıc idi.

“2040-cı ildə ərsəyə gələcək bir hava sisteminin xüsusiyyətləri barədə ehtimallar səsləndirə biləcəyini söyləyən heç kimə inanmayıb. Vacib olan şey üzərində pul xərcləməyə dəyən bir işə girişməkdir. Zaman təzyiqi sənaye tərəflərinin təqdim etdiyi qədər şiddətli deyil”, - deyə o, Beynəlxalq Qırıcı Sənayesi konfransında danışıb.

Funkenin sözlərinə görə, bu layihəyə vəsait axımı və ilkin konsepsiya araşdırmaları gələn il başlaya bilər. İlkin investisiya isə parlament tərəfindən əngəl yaradılmayacağı təqdirdə 28 milyon dollar olacaq.

Təyyarə üçün tələb olunan özəlliklərdən də danışan Funke bildirib ki, o və onu müşayiət edəcək dronlar üçün əsas xarakteristika avtonomluq olacaq. Bu elə bir dərəcəyə qədər olmalıdır ki, artıq insanlar hədəfin vurulması prosesinə müdaxilə etməməlidirlər.

Digər xüsusiyyətlər arasında təyyarənin müttəfiq orduların təyyarə və digər silah sistemləri ilə uyğun olması, məlumatı asanlıqla ötürə bilməsi və təbii ki, xərclərinin münasib olmasıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Avropa   Qırıcı  

Avropanın futuristik qırıcı proqramı yenidən diqqət mərkəzinə gəlir

2018/11/GQPTC-1542292324.jpg
Oxunub: 304     21:10     15 Noyabr 2018    