“Qromki” korveti ilk canlı atəş təlimini keçirib

2018/11/corve-1542291968.jpg
Oxunub: 345     21:52     15 Noyabr 2018    
Rusiya donanmasının qabaqcıl “Qromki” korveti Yapon dənizindəki sınaq zamanı ilk canlı atəş təlimini başa vurub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya donanması Sakit okean filotiliyasının 2-ci dərəcəli kapitanı Nikolay Voskresenski bildirib.

Onun sözlərinə görə, tezliklə Sakit okean filotiliyasına qoşulacaq olan korvet bu təlim zamanı 100 mm-lik A-190 çoxməqsədli gəmi əsaslı və 6 lüləli AK-630 avtomat topdan istifadə edib.

Müxtəlif rejimlərdə keçirilən sınaqlar zamanı gəmini dəstək gəmiləri, helikopter və təyyarələr müşayiət edib.

Qeyd edək ki, “Qromki” korveti 20380 saylı layihə çərçivəsində ərsəyə gətirilmiş ikinci korvetdir. Rusiya dövlət silahlanma proqramına əsasən inşa edilən gəmi Sakit okean filotiliyası üçün nəzərdə tutulub. Onun uzunluğu 104,5, eni isə 13 metrdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Qromki   Yaponiya  

“Qromki” korveti ilk canlı atəş təlimini keçirib

2018/11/corve-1542291968.jpg
Oxunub: 346     21:52     15 Noyabr 2018    