Rumıniya donanmanın modernizasiyası ilə bağlı proqram həyata keçirəcək

2018/11/67567-1542291071.jpg
Oxunub: 268     19:10     15 Noyabr 2018    
Rumıniya Müdafiə Nazirliyi bu gün dəniz qüvvələri üçün dörd ədəd çoxfunksiyalı korvetin çatdırılması ilə bağlı elan edilmiş tenderin qalibini elan edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu elan ölkənin donanmasının modernizasiya prosesinin rəsmi olaraq başlandığını göstərəcək.

Əvvəlcə donanma üçün dörd ədəd korvet alınacaq. Bu, donanma üçün 2003-cü ildən sonra ilk gəmi satınalmasıdır. Gəmilər ölkə ərazisində inşa ediləcək ki, belə hal isə sonuncu dəfə 1996-cı ildə yaşanıb.

Müqavilənin dəyəri 1,8 milyard dollar ətrafında olacaq və ilk gəminin qarşıdakı üç il ərzində donanmaya çatdırılacaq. Geri qalan üç gəmi isə sonrakı dörd il ərzində dəniz qüvvələrinə təhvil verilmiş olacaq.

Bu modernizasiya proqramının əhəmiyyətli tərəfi isə üç məsələdə özünü göstərir. Birincisi korvet proqramı Rumıniyanın NATO qarşısındakı 2%-lik müdafiə büdcəsi tələbinə bağlılığı ilə əlaqədardır.

Digər tərəfdən Rumıniya hökuməti bu kontraktla ölkənin gəmiqayırma sənayesinin inkişafını hədəfləyib. Bu sənaye ölkədə kommunist sistemin süqutundan əvvəl mövcud olsa da, 2000-ci illərdən etibarən demək olar ki, yox olub.

Ən nəhayət üçüncü səbəb isə Rusiyanın 2014-cü ildən etibarən Qara dənizdə atrmaqda olan hərbi quruculuğudur. Kremlin Qara dəniz filotiliyasına ciddi yatırımlar etməsi Rumıniyanı bu proqrama sövq edən əsas səbəbdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rumıniya   NATO  

Rumıniya donanmanın modernizasiyası ilə bağlı proqram həyata keçirəcək

2018/11/67567-1542291071.jpg
Oxunub: 269     19:10     15 Noyabr 2018    