“Lockheed” F-35-lərlə bağlı 22,7 milyard dollarlıq nəhəng müqavilə qazanıb

2018/11/wire--1542290523.jpg
Oxunub: 308     18:16     15 Noyabr 2018    
Birləşmiş Ştatlar “Lockheed Martin”lə daha 255 F-35-in istehsalı ilə bağlı 22,7 milyard dollar dəyərində nəhəng müqavilə imzalayıb.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, əldə ediləcək təyyarələrin 106-sı ABŞ ordusuna (64-ü HHQ, 26-sı Dəniz Korpusu və 16-sı donanmaya), geri qalanları isə xarici müştərilərə çatdırılacaq.

Müqavilədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti ABŞ-da, bir hissəsi isə Britaniya və İtaliyada baş tutacaq. Təyyarələrin çatdırılmasına 2023-cü ildə yekun vurulması gözlənilir.

Qeyd edək ki, hələ 1990-cı illərin sonlarından başlayan F-35 proqramı ABŞ tarixindəki ən bahalı silah sistemidir. 400 milyard dollar qiyməti olan layihə çərçivəsində ümumilikdə 2500 belə təyyarənin istehsalı planlaşdırılıb.

Bu vaxta qədər artıq 320 F-35 öz müştərilərinə çatdırılıb ki, bunların 245-i ABŞ ordusuna təqdim edilib. Təyyarələrin istifadədə qalacağı 2070-ci ilə qədər olan təmir və baxım xərclərini də proqram xərclərinə əlavə etsək, onun dəyəri 1,5 trilyon dollara çatar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Lockheed   F-35  

“Lockheed” F-35-lərlə bağlı 22,7 milyard dollarlıq nəhəng müqavilə qazanıb

2018/11/wire--1542290523.jpg
Oxunub: 309     18:16     15 Noyabr 2018    