Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə iddialar “ImageSat International” şirkəti tərəfindən yayılıb.
“ImageSat International” firmasının çəkdiyi görüntülərdə, Suriyadanın Məsyaf bölgəsindəki S-300 sistemi İsrail hava məkanına yaxın yerləşdirilib. Təsvirlər göstərir ki, sistemin elementləri dörd başlatma qurğusu, radar və əlavə avadanlıqlarla, maskalanma vasitələri ilə örtülüb.

“Raket atıcılarının heç biri qaldırılmayıb və aktivlik əlamətləri görsənmir”, - deyə şirkət yaydığı görüntülərə şərh verərək bildirilib.
İlkin Məmmədov
Ordu.az