Hindistan HHQ “Rafale” məsələsində cəmiyyəti aldadıb?

2018/11/rafal-1542277586.jpg
Oxunub: 406     14:25     15 Noyabr 2018    
Hindistanın Baş naziri Narendra Modi hökuməti aprel ayına planlaşdırılan seçkilərdən bir neçə ay öncə özünün ən böyük siyasi problemlərindən biri ilə qarşı-qarşıyadır. Fransız şirkəti “Dassault”la 36 “Rafale” döyüş təyyarəsinin satın alınması ilə bağlı razılaşma böyük bir mübahisəyə səbəb olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Hindistanın Ali Məhkəməsinin Baş Hakimi Rancan Qoqoy tərəfindən bildirilib.

Ali Məhkəməyə müraciət edən bir qrup iddiaçı bu mövzuda məhkəmənin məsələyə müdaxiləsini istəyiblər. Ərizəçilərə hüquqşünas Praşant Buşan, keçmiş maliyyə naziri Yaşvant Sinha və keçmiş telekommunikasiya naziri Arun Şuri daxildir.

Onlar hökumətin sazişin qiymətini açıqlamasını tələb ediblər. Onlar, həmçinin 9 milyard ABŞ dolları məbləğində olan müqavilə üzrə ödəniş prosedurundan yan keçilməsi barədə açıqlama tələb ediblər.

Belə ki, ilkin razılaşmada 126 qırıcının alınacağı açıqlansa da 2014-cü ildə, daha sonra isə 2016-cı ildə Baş nazir Modi 36 qırıcının alınacağını açıqladı.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

Hindistan HHQ “Rafale” məsələsində cəmiyyəti aldadıb?

2018/11/rafal-1542277586.jpg
Oxunub: 407     14:25     15 Noyabr 2018    