Hərbi hospitalda erməni çağırışçını kim öldürüb?| Həkimlər, yoxsa İrəvandakılar...

2018/11/00-37-1542270156.jpg
Oxunub: 1210     12:24     15 Noyabr 2018    
İrəvan Apelyasiya məhkəməsində həkimlər K.Culhakyan, M.Davidyantsi və A.Çaxoyanın işi üzrə apelyasiya şikayətinə baxılması davam edib. Məhkəmə hökmü 2017-ci il noyabrın 21-də elan olunub. Həkimlər xidməti vəzifə borclarına səhlənkar yanaşmada ittiham olunurlar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onların bu səhlənkarlığı 2012-ci il dekabrın 22-də gənc erməni çağırışçı Norayr Sahakyanın müalicə olunduğu, işğal altında olan Qarabağda yerləşən hərbi hospitalda ölümünə səbəb olub.

Erməni əsgərinin ölümündən 6 il vaxt keçib. Onun ölümündə ittiham edilən həkimlərin istintaq işi 2014-cu ildən məhkəmələrdədir. İttiham olunanlar gənc həkimlərdir. İlkin istintaq məhkəməsində onların sayı 4 olsa da, apelyasiya məhkəməsində bunların sayı 3 olub.

1972-ci il təvəllüdlü, Karen Culhakyan hadisə zamanı ginekologiya bölməsinin baş ordinatoru olub. O, çağırış məntəqəsində növbətçi həkim olub. Xidməti dövründə fərqləndiyinə görə, müxtəlif təltiflərə layiq görülən Culhaqyan hərbi rütbəsi mayor olmaqla təxris edilib.

1983-cü il təvəllüdlü Mher Davidyantsi infeksionist olmaqla, hadisə günü leytenant rütbəsi ilə hərbi hissənin bölmə rəisi olub. Hazırda təxris edilib və tədrislə məşğuldur.

1984-cü il təvəllüdlü Arkadi Çaxoyan hadisə zamanı hərbi xidmətdə olmaqla, leytenant rütbəsində hərbi hissənin terapevt bölməsinin baş ordinatoru olub. Hazırda təxris edilib və həkimliklə məşğul olur.

İttihama görə, adları qeyd edilən həkimlərin səhlənkarlığı ucbatından vaksin vurulan çağırışçının səhhəti pisləşib və bu, onun ölümünə səbəb olub.

Belə ki, vaksin vurulan hərbi qulluqçunun səhhəti pisləşib və hərarəti qalxıb. Ona hərarətini aşağı salmaq üçün dərman verilib. Səhhətinin yaxşılaşdığını deyərək onu çağırış məntəqəsindən Qarabağdakı hərbi hissəyə yola salıblar. Hərarəti olan erməni çağırışçı16-17 saat yolda olub və vəziyyəti getdikcə pisləşib.

Məlumata görə, çağırış məntəqəsinin tibb hissəsində və Qarabağdakı hərbi hospitalda bir sıra zəruri müayinələr aparılmayıb. Müayinə üsulu xəstə əsgərin real vəziyyətini müəyyən etmək üçün düzgün seçilməyib.

İşğal altında olan Qarabağdakı İvanyan adına hərbi hospitalda xəstə əsgəri həkim Çaxoyan qəbul edib və ilkin müayinə aparıb. Ona vaksindən sonrakı reaksiya diaqnozu qoyulub. O, hospitalın infeksiya bölməsinə yerləşdirilsə də, vəziyyəti kəskin şəkildə dəyişib.

Həftənin şənbə günü, əsgərin vəziyyəti kəskin dəyişərkən hospitalın növbətçi həkimi reanimasiya bölməsinin rəisi, hospital rəisi S.Ohanyana zəng edib. Növbətçi həkim xəstə əsgəri dərhal reanimasiya şöbəsinə köçürüb və müvafiq tədbirlər görüb. Lakin artıq gec olub. Şənbə günü olduğuna görə, həkimlərin iş günü saat 14:00 radələrində başa çatıb. Norayr Sahakyanın hərarəti 39.6 dərəcəyə qalxıb və hərarəti aşağı salan dərmanlarla 37 dərcəyədək endirilib. Xəstə erməni əsgəri hospitala qəbul olunarkən, hospitalın rentgen və flyuroqrafiya aparatları işləmədiyinə görə İrəvana təmirə göndərilib.

Erməni əsgərinin ölümündən sonra, onunla birgə hospitala qəbul edilən ikinci çağırışçıya infeksiya xəstəliyi ola biləcəyi ehtimalından dərhal rentgen müayinəsi edilib.

Norayr Sahakyanın ölümündən sonra xidməti araşdırma aparılıb. Nəticədə, İvanyan adına hospitalda çatışmazlıqlar və nöqsanlar aşkar edilib. 2 aydır İrəvanda təmirdə olan rentgen aparatı dərhal təmir edilərək, hospitala gətirilib. Lakin bütün bunlar erməni əsgərin ölümündən sonra baş verib. Əsgərin vəziyyətinin ağırlaşmasından ölümünədək keçən vaxt 27 saat təşkil edib.

İlkin araşdırma məhkəməsi cinayət məcəlləsinin müvafiq bəndinə əsasən həkim Mher Davidyantsiyə bəraət verib. Məhkəmə yalnız 1 maddə üzrə həkimlər Karen Colhakyanı, Mher Davidyantsı və Arkadi Çaxoyanı günahkar bilib və 4 il müddətinə azadlıqdan mərhum edib. Onlara qarşı 2013-cü ilin 3 oktyabr tarixində əhv tətbiq edilərək, cəzalarını çəkməkdən azad ediliblər. Apelyasiya məhkəməsinə müraciət edilməsinə səbəb isə bəraət verilməsi tələbidir.

İttihamçı tərəfin növbəti məhkəmə iclasında müdafiəçilərin iddia etdiyi faktlarla ziddiyyətlər təşkil edən sübutlar təqdim edəcəyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm   Məhkəmə  

Hərbi hospitalda erməni çağırışçını kim öldürüb?| Həkimlər, yoxsa İrəvandakılar...

2018/11/00-37-1542270156.jpg
Oxunub: 1211     12:24     15 Noyabr 2018    