PUA-ların müstəqil gələcəyi: Hərbi yaradıcılıqda sərbəstlik fantastik inkişafa səbəb ola bilər (FOTO+VİDEO)

2018/11/45645-1542266150.jpg
Oxunub: 1433     11:06     15 Noyabr 2018    
PUA-lar növbəti onilliklər ərzində həqiqətən fantastik inkişaf istiqamətlərinə malik ola bilər.

Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanından uçmağa hazırlaşan ABŞ HHQ-yə məxsus MQ-9 "Reaper" PUA-sı

Pilotsuz azadlığı

"Teal Group" analitik şirkəti yaxın 10 il ərzində pilotsuz uçan vasitələrin hər bir sahədə geniş istifadəsinin yayılması və yeni nəsil PUA-lara tələbatın kəskin artması səbəbi ilə, onların istehsalında ciddi bir artımın olacağını təxmin edir.

2017-ci ilin noyabr ayında nəşr olunan son bazar tədqiqatında, şirkət illik 4.2 milyard dollarlıq PUA istehsal həcminin 2017-ci ildə 10.3 milyard dollara qədər artdığını bildirir. 2026-cı ildə ümumi PUA bazarının dövriyyəsi 80.5 milyard dollara çatacaq ki, bu sektordakı hərbi araşdırma xərcləri isə bu rəqəmi əlavə 26 milyard dollar da artıracaq.

"Uzun uçuş müddətli, silahlı yeni nəsil PUA-lara və yeni istiqamətlərə, məsələn RƏM sistemlərinə qarşı aparatlara artan tələbat bazarı canlandırmaqda davam edir", - deyə "Teal Group" kompaniyasının araşdırma müəlliflərindən biri olan Filip Finneqan bildirib.

Tədqiqatın həmmüəlliflərindən olan Stiv Zaloqa isə ABŞ-ın bu texnologiyaları araşdırmaq, inkişaf etdirmək və sınaqdan keçirmək üçün bütün xərclərin 57%-ni, dünyadakı hərbi ehtiyacları üçün pilotsuz vasitələrin alınması xərclərinin isə təxminən 31%-ni qarşılayacağını gözlədiyini bəyan edib. Onun sözlərinə görə, nisbətən irihəcmli məbləğ ABŞ bazarının böyük və bahalı sistemlərə yönəlməsi ilə əlaqədardır, digər regionlarda, məsələn Asiya-Sakit okean hövzəsində isə böyümə daha sürətlidır. "Global Market Insights" (GMI) kompaniyasının qlobal bazarın aprel tədqiqatındakı hesablamaları əsasən "Teal"ın gözləntiləri ilə üst-üstə düşür. GMİ də 2016-cı ildə dünya PUA bazarının həcmini 5 milyard dollar qiymətləndirsə də, illik bazar həcminin 2024-cü ildən də öncə 13 milyard dollara çatacağını gözləyir. Bütün dünyada hərbi PUA parkları böyüməkdə davam etsədə, yenə də ABŞ hələ ümumi PUA-ların 70%-ni istismar edir. GMI-nin məlumatlarına görə, 2016-cı ildə sənaye gəlirlərinin ümumi həcminin 85%-dən çoxu hərbi sifarişlərdən daxil olub, eyni ildə sənayenin ümumi gəlirinin 65%-dən çoxu helikopter tipli PUA-ların satışından əldə olunub.

PUA-nın müstəqil gələcəyi

2018-ci ilin yayında operator Sakit okeanda praktiki məşqlər zamanı "Mark VI" patrul gəmisindən PUA buraxır

Sürətli böyümə

GMI ABŞ-da 2017-dən 2024-ci ilə qədər orta illik artım tempinin (CAGR ) 12% olacağını və bu dövrün sonuna qədər PUA parkının 18000 ədəddən çox olacağını proqnozlaşdırır, lakin burada "ədəd"in ayrıca bir PUA və ya bir neçə aparatın daxil olduğu kompleks kimi nəzərdə tutulduğu tam aydın deyil.

Asiya-Sakit Okean bölgəsinə gəldikdə isə bazar eyni dövrdə təxminən 17 %-lik orta illik artım tempi nümayiş etdirəcək.

GMI-nin məlumatına görə, digər gözlənilən yeniliklər arasında hibrid PUA bazarının (şaquli qalxma və üfüqi enmə) 15 faizə qədər böyüməsi gözlənilir. Avtonom PUA bazarının isə 18% orta illik artım tempi nümayiş etdirəcəyi ehtimal olunur.

PUA nəqliyyat vasitələrindən avtomatik olaraq qalxıb-enə bilirsə, bu zaman şaquli enmə və qalxmanın cəlbediciliyi daha da artır, çünki məhdud məkanlarda, gizli mövqelərdə PUA ilə işləmək asanlaşır, buraxılma və qaytarılma prosesləri sadələşir, daha kiçik ölçülü bir sahə lazım olur və s. Lakin pilotlu aviasiyada olduğu kimi, burada da şaquli enmə və qalxma daim sürəti, uçuş məsafəsini və yükqaldırmanı məhdudlaşdırır.

Müxtəlif tiplərdə hibrid həllər bazara daxil olur, bir çoxu kreyser uçuşu üçün daxili yanma mühərriki ilə hərəkətə gətirilən pəri, dörd və ya daha çox şaquli uçuş rejimi üçün şaquli yerləşdirilən pərlərlə birləşdirir. Daha qabaqcıl və mürəkkəb dizaynlarda, əksər vəzifələrdə istifadə edilməyən əlavə sürətləndirici sistemin quraşdırılmasından, dönən qanadlardan, dəyişən meylli pərlərin itələnməsi və ya quyruq üzərində enmə kimi yeniliklərdən istifadə edirlər.

"Avtonom PUA" konsepsiyası bir qədər qeyri-müəyyəndir, lakin bu gün istehsal edilən cihazların əksəriyyəti avtonomluğun bu və ya digər səviyyəsinə malikdir, onlar əvvəlcədən proqramlaşdırılan marşrutlar boyunca aralıq nöqtələrdən istifadə edərək uça bilir, rabitə itdiyində və ya batareyaların yükünün boşaldığı zaman avtomatik olaraq qəza rejimlərindən istifadə edirlər.

Eyni zamanda daha da inkişaf edən imkanlar tətbiq edilir, məsələn, tanınma və toqquşmaların qarşısının alınması, qrup uçuşları və vəzifələrin ardıcıl yerinə yetirlməsi və s. Hesabatda deyilir ki, avtonomluq bazarın inkişafında getdikcə daha əhəmiyyətli bir faktora çevrilir.

Birbaşa görüntüdən kənarda

Araşdırmada tədqiq edilən dövrdə birbaşa görüntü zonasından kənar məsafələrdə fəaliyyət göstərə biləcək aparatların bazarda 67%-dən çox bir paya sahib olacağı, 25 ilə 150 kq maksimum çəkiyə malik olan cihazların isə bazarın yarıdan çoxunu tutacağı da proqnozlaşdırılır. Böyük PUA-ların dəyəri də artacaq, baxılan müddətdə 150 kq və ya daha çox yükgötürmə qabiliyyəti olan PUA-ların orta illik artım tempinin təxminən 11% olacağı gözlənilir.

Dövlət hərbi qurumlarına aid olan PUA-ların vəzifələri əsasən kəşfiyyat, müşahidə və məlumat toplanması, silahlı kəşfiyyat və digər döyüş vəzifələri ilə xarakterizə olunur. Qeyri-dövlət və ya terorçu qruplaşmalar isə artıq açıq satışda olan kiçik ölçülü dronları minaatan mərmiləri, dəyişdirilən qumbaraları, kiçik bombaları və digər kustar üsulla hazırlanan sursatları buraxmaq üçün uyğunlaşdıra biliblər.

Kəşfiyyat vəzifələrində PUA-ların dəyəri sensor texnologiyaların, optik elektron radar və elektron vasitələrlə informasiya toplanması, RLS-lər ilə dəstəkləməsi, operatorların və analitiklərin böyük axına malik məlumatlardan vaciblərinin çıxarılmasına kömək edən təkmilləşdirilən alqoritmlərin və süni intellektin istifadəsi komandir heyətinin düzgün qərar qəbul etməsini sadələşdirir.

Sərhədlərin qorunması və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi diqqət yetirilir, bir çox ölkələr miqrant və qaçqın adı ilə ölkəyə daxil ola biləcək potensial terrorçuları və cinayətkarları aşkar etmək məqsədilə öz sərhədlərini hərbiləşdirməkdə davam edirlər. Yuxarıda göstərilən səbəblər üzündən xüsusi iqtisadi zonaların zənginliyini qorumaq üçün dəniz akvatoriyasının mühafizəsinin əhəmiyyəti də artmaqdadır.

Həddindən artıq geniş patrul rayonlarına və uzun müddət davam edən vəzifələr üçün nəzərdə tutulan HALE (High Altitude Long Endurance - böyük yüksəklikdə uzun müdət) və MALE (Medium Altitude Long Endurance- orta yüksəklikdə uzun müddət) kateqoriyalarından olan PUA-ların məşhurlığu getdikcə artır. Onların ölçüləri hardasa pilotlu təyyarələrin ölçüsünə yaxınlaşır. Bununla birlikdə kiçik ölçülü cihazlar sektorunda populyarlığın artması da müşahidə edilir, onların arasında "FLIR Systems"dən olan "Black Hornet" nano-PUA-sı da yer alır. Ovuca yerləşən bu qanadı pərli mini cihaz, 2 kilometr uçuş məsafəsinə və 25 dəqiqəlik uçuş müddətinə malikdir. Bu isə piyadaların və ya xüsusi təyinatlı qrupa binanın görünməyən küncünə, obyektin daxilinə və qarşıdakı təpənin arxasına baxmaq üçün imkan verir.

Məntiqlə qruplaşdırma

PUA-ların ən böyük HALE sinifindən olan "Global Hawk" və ən kiçik "Black Hornet" kimi nano-qurğuları arasında fərqli kateqoriyalardan olan mini, kiçik ölçülü taktiki, MALE taktiki, həmçinin gəmidən buraxıla bilən şaquli qalxma və enmə sistemləri, eksperimental zərbə tipli PUA-lar yer alır. Bu kateqoriyalar ABŞ sənayesi tərəfindən istifadə edilir, hərbçilər isə paralel olaraq "dərəcə" sistemi əsasında qurulan təsnifatlandırmadan istifadə edirlər. Sonuncuda maksimum qalxma kütləsi, yüksəklik və sürət kateqotiyaları əsas götürülür.

1-ci qrupa kütləsi 20 funta (9 kq) qədər və yer səviyyəsindən 1200 fut (366 metr) qədər yüksəklikdə uça bilən aparatlar, yəni nano, mikro və mini PUA-lar daxildir. Bu qrupa "AeroVironmerit" şirkətindən "Raven" və "Wasp" PUA-larını nümunə olaraq göstərmək olar.

2-ci qrupda müvafiq rəqəmlər aşağıdakılardır: çəkisi 21-55 funt (9.5-25 kq), yüksəklik 3500 fut (1067 metr) və sürəti 250 düyüm (463 km/saat). Məsələn, "Boeing Insitu"nun "ScanEagle" PUA-ları.

3-cü qrup AAİ-dən RQ-7B "Shadow", "Boeing Insitu"dan RQ-21B "Blackjack" və NASC-dən RQ-23 "Tigershark" kimi aparatları əhatə edir. Onların çəkisi 55 ilə 1320 funt (25- 599 kq) arasında, yüksəkliyi 18000 fut (5500 metr), sürəti isə 2-ci qrup ilə eynidir.

4-cü qrupa çəkisi 1320 funtdan (599 kq) çox olan, eyni zamanda 3-cü qrupun yüksəkliyinə malik, lakin sürət məhdudiyyətləri olmayan aparatlar daxildir. Bu qrupa "Northrop Grumman"dan MQ-8B "Fire Scout", "General Atomics"dən isə MQ-1A/B "Predator" və MQ-1C "Grey Eagle" daxildir.

Nəhayət, 5-ci qrup 1320 funt ağırlığında, istənilən sürətlə 18000 futdan (5500 metr) daha yüksəkdə uça bilən PUA-lar aiddir. Bunlara "General Atomiks"dən MQ-9 "Reaper", RQ-4 "Global Hawk" və "Northrop Grumman"dan MQ-4C "Triton" aparatları nümunə ola bilər.

PUA xərcləri

ABŞ hər cür pilotsuz vasitələrin və əlaqəli texnologiya sistemlərinə xərclərini artırır, lakin 2019-cu il üçün Müdafiə Nazirliyinin büdcə tələbində hava sistemləri hələ də üstünlük təşkil edir. Nazirlik təxminən 3500 yeni hava, quru və dəniz bazalı PUA vasitəsinin maliyyələşdirməsi üçün 9.39 milyard dollar tələb edir, 2018-ci ildə isə bu rəqəm 7.5 milyard dollar təşkil edib.

2019-cu il büdcəsində PUA sistemləri üçün 6.45 milyard, dəniz sistemləri üçün 982 milyon, qrup şəklində uçuşlar da daxil olmaqla avtonom imkanlarla əlaqəli texnologiyalar üçün 866 milyon, yerüstü aparatlara isə 429 milyon dollar tələb olunub. Potensial və real rəqiblərin imkanlarını dəyərləndirən nazirlik gəmilərdə quraşdırılacaq lazer qurğuları da daxil olmaqla dron əleyhinə texnologiyalara ayrıca olaraq 1 milyard dollardan çox vəsait sərf etmək istəyir.

İngiltərə Dron Araşdırmaları Mərkəzinin nəşr etdiyi hesabatda, Pentaqonun "Aero Vironment" şirkətinin 1618 ədəd "Switchblade" gəzən döyüş sursatının maliyyələşdirilməsini tələb etdiyi bildirilir. "Switchblade" gəzən döyüş sursatları PUA ilə idarəolunan raketlər arasındakı sərhədləri yuyur. Hesabatda, həmçinin qeyd olunur ki, MQ-9 "Reaper" proqramının maliyyələşdirilməsi 200 milyon dollar artaraq 1.44 milyard dollara çatdırılıb, bu isə PUA xərclər maddəsinin ən böyük məbləği hesab edilir. MQ-25 "Stingray" göyərtə tipli pilotsuz yanacaqdolduran layihəsinin elmi-tədqiqat işlərinə ayrılan 500 milyon dollar isə bu sistemlərə bir dəfəyə ayrılan ən böyük müdafiə xərci hesab edilir.

Hesabatda qeyd olunur ki, Pentaqon "Maven" kimi tanınan süni intellekt layihəsi üzərində işləri davam etdirmək üçün əlavə maliyyə vəsaiti, eləcə də avtonomluq və süni intellekt sahəsində yeni elmi tədqiqatların maliyyələşdirilməsini də tələb edib.
Pilotsuz komplekslərin sayının kəskin artması, yalnız ABŞ hərbçilərinin xidməti deyil. Məsələn, Hindistan, Pakistan və Çin ilə sərhəddə xidmət edən piyadalar üçün 600 mini-PUA alınması üçün tender elan edilib.

GMI öz hesabatında qeyd edir ki, Çin hökumətinin böyük investisiyaları ilə stimullaşdıran araşdırma, inkişaf və istehsalı prosesləri Asiya-Sakit okean regionunda PUA bazarının yarısından çoxuna nəzarət edir. Çinin CH-5 "Rainbow" sisteminin istehsalı oxşar ABŞ MQ-9 "Reaper" PUA-sı ilə müqayisədə təxminən iki dəfə daha ucuzdur.

Ağılsız, çirkli və təhlükəli vəzifələr artıq PUA-ların "çörəyinə" çevrilib, lakin bir çox ölkələrdə hərbçilərin imkanları genişləndirmək istəyi bu vəzifələrin miqyasını daha da genişləndirir.

ARES (Aerial Reconfigurable Embedded System) müxtəlif yüklərin daşınması üçün nəzərdə tutulan pilotsuz, şaquli qalxma və enmə moduludur

Perspektiv istiqamətlər - Siz bunu hələ görməmisiniz

Yeni texnologiyalar bəzən onları ixtira etdirənlərin belə ehtimal etmədikləri kimi istifadə edilməyə başlayır. Bu şübhəsiz ki, PUA-lara da aiddir. Onlarla daha yaxşı tanış olmaq imkanına sahib hərbi birliklər, özlərinin və tərəfdaşlarının təhlükəsizlik və vəziyyətə nəzarət səviyyəsini artırmaq üçün daha optimal yollardan istifadə edirlər. Əsgərlərin kor-koranə tapşırıq yerinə yetirməsi kimi hadisələrin sayı kəskin şəkildə azalır.

PUA texnologiyaları üçün yeni vəzifələri tapmaq üçün ən açıq üsullarından biri, bu texnologiyaları hərbçilərin istifadəsinə vermək, bir müddətdən sonra onları öz irad və təklifləri ilə dəvət edərək eksperimentlərdə iştirakını təmin etməkdən ibarətdir.

Plansız vəzifələr

Bəzən PUA-ları yeni rol və vəzifələri üçün qısa zamanda maksimum səviyyəyə çatdırmaq mümkün olmur və buna görə də əsas inkişaf proqramının istiqaməti köklü şəkildə dəyişir. UCLASS proqramına görə (Unmanned Carrier-Launched Airborne Surveillance and Strike - pilotsuz müşahidə və məhvetmə göyərtə vasitəsi) kəşfiyyat və hücum platforması kimi hazırlanan ABŞ donanmasının MQ-25 "Stingray" göyərtə yanacaqdoldurma vasitəsilə buna bənzər bir şey oldu. Yeni F-35 "Lightning II" qırıcısına, yanacaq doldurmadan aviadaşıyıcıdan müasir silah sistemlərinin məhvetmə radiusundan kənarda qalması üçün uçuş məsafəsi yetərli hesab edilmir. MQ-25 yeni stels təyyarələri düşmən hava müdafiə sistemlərinə yaxınlaşa bilməyən mövcud yanacaq doldurma təyyarələrini əvəz edə bilər. Bu isə F-35 qırıcılarına düşmən müdafiəsinin dərinliyində olan hədəflərə zərbə endirmək üçün uçuş məsafəsinin artırılmasına imkan verəcək.

2016-cı ilin fevral ayında ABŞ Hərbi Dəniz Qüvvələri UCLASS proqramını CBARS (Carrier Based Aerial Refuelling System - göyərtə tipli hava yanacaqdoldurma sistemi) proqramı ilə əvəz etmək barədə qərar qəbul etdi. Proqram əsasında ölçüləri "Hornet" qırıcısına yaxın, bəzi kəşfiyyat imkanlarına sahib yanacaqdolduran pilotsuz hava vasitəsi yaradılır. UCLASS layihəsinin zərbə vasitəsi və rabitə retranslyatoru da əldə edəcəyi istisna deyil. 2016-cı ilin iyulunda yeni PUA MQ-25 "Stingray" adını aldı.

İmkanların bərabərsizliyi şəraitinə dair təhlilin nəticəsi olaraq, döyüş təyyarələri üçün yenilik olmasa da, PUA üçün tam yeni bir vəzifə də müəyyən edilib. Bu aviadaşıyıcıların zərbə qruplaşmasının və E-2D "Hawkeye" təyyarələrinin dəstək verə bilmədiyi dəniz piyada korpusunun aviasiya və yerüstü taktiki qrupları üçün MAGTF (Marine Air Ground Task Force) uzaq məsafədən hava radiolokasiya aşkaretmə vəzifəsidir. Gələcəkdə MAGTF qruplaşmalarının aviadaşıyıcısının dəstəyi olmadan dəniz əməliyyatlarının bölüşdürülməsində, sahil və ekspedisiya əməliyyatları kimi kompleks döyüş şəraitində istifadəsi gözlənilir.

"Sea Avenger" bazasında MQ-25

Uzaq mənzilli hava radiolokasiya aşkaretməsi

Uzaq mənzilli hava radiolokasiya aşkaretməsi MUX (MAGTF UAS Expeditionary - MAGTF qruplaşması üçün ekspedisiya pilotsuz aviasiya kompleksi) proqramı üçün ən yüksək prioritet vəzifə kimi müəyyən edilib. Digər prioritet vəzifələrə kəşfiyyat və müşahidə, radioelektron mübarizə və məlumatların təkrar ötürülməsi daxildir.

Hücumların havadan dəstəklənməsi isə digər platformalardan buraxılan sursatlara hədəf koordinatlarının verilməsindən ibarət olaraq ikinci prioritet vəzifə kimi nəzərdən keçirilir. Yüklərin müşayiət olunması və daşınması bu konseptual yeni PUA layihəsi üçün vəzifələr siyahısından çıxarılıb.

Bənzər xüsusiyyətlərə malik bu sistem desant gəmilərlə birgə fəaliyyət üçün nəzərdə tutulur. 330-370 km/saat kreyser sürət tələbi, helikopterlərin imkanlarına uyğundur, 350 dəniz mili məsafəsində 8 saatlıq patrul xidməti müddəti isə artıq PUA-dan təyyarə rejimində kreyser uçuşuna malik konvertoplan platformasına sahib olmağı tələb edir. Böyük və güclü RLS-in əsasən erkən xəbərdarlıq vəzifələri ilə əlaqəli olmasına baxmayaraq, hədəf yükü kimi MUX aparatında müxtəlif sensorlar və kommunikasiya avadanlığı da quraşdırıla bilər. Onların hamısı hava, dəniz və yerüstü vasitələri ilə inteqrasiya edilərək məlumatları gəminin əməliyyat mərkəzinə ötürülməsi üçün bir şəbəkəyə birləşdirilə bilər. Perspektiv sistemin açıq arxitekturası, aparatın tam hazırlıq səviyyəsinə çatmasından əvvəl "yeni perspektivli" texnologiyaların tətbiqinə imkan yaradacaq. Məlumata görə, bir PUA-nın təxmini dəyəri 25-30 milyon dollar olacaq.

Yüksək sürətli şaquli qalxma və enmə ilk dəfə 2009-cu ildə "Transformer X" adı altında təqdim edilən yeni DARPA konsepsiyasının da əsas mövzusu olub. Hazırda "Lockheed Martin" və "Piasecki Aircraft" tərəfindən kiçik izolyasiya edilən döyüş qruplarını təmin edən aparatın tammiqyaslı nümayiş nümunəsi hazırlanır, potensial namizəd MUX platformasının vəzifələri də daxil olmaqla, digər vəzifələri də icra edə biləcək.

Dəyişən qanadlar

ARES (Aerial Reconfigurable Embedded System) layihəsi müşahidə və kəşfiyyat vasitələrindən yaralı əsgərlərə qədər müxtəlif yükləri daşıya biləcək, dəyişən qanad konstruksiyalı PUA bazasında inşa edilir və kifayət qədər avtonomluğu ilə fərqlənir. Məsələn, operator müdaxiləsi olmadan özünə uçuş trayektoriyası və ya enmə meydançası seçə bilir.

DARPA-da ARES-i özünün hərəkət və yanacaq sisteminə, rəqəmsal uçuşu idarəetmə interfeyslərinə malik olan şaquli qalxma və enmə modulu adlandırırlar. Konsepsiya bir neçə tipli funksional ixtisaslı modulların baza ilə hədəf məntəqələri arasında uçuş fəaliyyətlərini təmin edir.

Təqdimat zamanı mütəxəssislər üçün "Piasecki" şirkəti ARES layihəsi haqqında ətraflı məlumat verdi. Bu zaman xüsusi təyinatlı qüvvələrin dörd yerli yüngül vasitəsi kimi görünən taktiki nəqliyyat modulu nümayiş etdirildi. Onun bazasında hazırlanan təkərli yük və yaralıları evakuasiya konteyneri olan modellər təqdim edildi. Təqdim olunan üçüncü modul, xüsusi təyinatlı qruplarının daşınması və təxliyyəsi üçün nəzərdə tutulur və hücum helikopterinin füzelyajının ön hissəsinə bənzəyir. Onun üzərinə, kəşfiyyat optik vasitələr və silah qülləsi də quraşdırmaq mümkündür. Bu modul, kəşfiyyat və atəş dəstək vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulur.

1360 kq-dan çox faydalı yük daşıma imkanı olan aparat, 4x4 təkər formulasına sahib hərbi nəqliyyat vasitəsini daşıya bilir. Eyni avtomobillərdə isə PUA yolsuzluq şəraitində belə nəql edilə bilər. DARPA qeyd edir ki, faydalı yük, aparatın çəkisinin 40 faizdən çoxunu təşkil edir, bu isə onun tam çəkisinin təxminən 3400 kq-dan az olmadığını müəyyənləşdirməyə imkan verir.

Pərlər dairəvi "üzüklərlə" qorunur, aparat "Boeing"in AH6 "Little Bird" kimi kiçik helikopterlərə lazım olandan iki dəfə kiçik meydançaya enib qalxa bilir. Əvvəlcə aparat tipik PUA olaraq fəaliyyət göstərəcək, gələcəkdə isə yarıavtonom pilotlu uçuş naviqasiya sistemlərinin və istifadəçi interfeyslərinin inkişafı istisna edilmir.

Alternativ keçidlər

Müxtəlif şəraitlərə uyğunluq PUA anlayışlarının əsas mövzusudur və bu çox fərqli formalarda təqdim olunur. Ötən ilin sentyabrında "BAE Systems" şirkəti Krenfild universitetinin tələbələri ilə birgə hazırladığı "Adaptable UAV" (uyğunlaşan PUA) konsepsiyasının layihəsini təqdim etdi. Bu PUA-da təyyarə və helikopter uçuş rejimlərinin seçmə funksiyası ilə yanaşı, aparatların buraxılması və qaytarılması üçün yeni bir çubuqdan (ştanqdan) istifadə edilib.

Şirkət düşmən hava hücumundan müdafiəsinin basdırılması üçün dron dəstəsinin istifadəsinə aid qısa bir video təqdim etdi. Dron operatoru "yer-hava" raketlərinin start mövqeyini aşkar edərək aparata konteynerini paraşütlə buraxmağı əmr edir, aparat paraşütü həmin koordinat üzərində buraxır, paraşüt açılır və altı ədəd toroid formalı, geniş, yüngül daralan qanadlara malik dron fəaliyyətə başlayır. Onlar konteyner mərkəzindəki sabit çubuqdan sürüşür və uzaqdan raket atıcı qurğularını idarə edən hədəfləri axtarmaq və məhv etmək üçün təyyarə rejimində uçurlar. Hədəfləri öz aralarında paylaşdırarkən, onlar ilk növbədə hədəflərin sensorlarını sıradan çıxaran köpük axınından istifadə edirlər.

Vəzifələrini bitirdikdən sonra, onlar təhlükəsiz bir məsafədə yerləşən tankın qülləsi üzərində quraşdırılan başqa bir çubuğa qayıdırlar. Qayıdışdan qısa bir müddət əvvəl, dronlar qanaddan ön tərəfdəki pərlərdən birini arxa tərəfə qatlayaraq helikopter uçuş rejiminə keçirlər.

Sonra onlar yavaşlayır, çubuq üzərində "sallanır" və bir-birinin ardınca yerlərinə "otururlar". Videoda alternativ variant kimi, dronların eyni şəkildə səthə çıxan sualtı qayığa qayıtması da nümayiş olunub.

İki uçuş rejimi arasında keçid etmək üçün adaptiv uçuşu idarəetmə proqramı tələb edilə bilər. İnkişaf edən avtonomluq isə gələcək döyüş sahəsindəki sürətlə dəyişən vəziyyətlərə uyğunlaşmağa, sürü şəklində hərəkət edərək qabaqcıl HHM sistemini yayındırmağa və çətin şəhər ərazisində rahat hərəkət etməyə imkan verir.

Buraxılma və qaytarma çubuqları, adaptasiya edilə bilən PUA-lara müxtəlif daşıyıcı platformalardan əksər hallarda insan, avtomobil və uçan aparatlarla zəngin olan mürəkkəb bir mühitdə fəaliyyət göstərməsini mümkün edir.

"BAE Systems" şirkəti çubuqların güclü külək nəticəsində yan tərəfə hərəkəti məhdudlaşdıracağını və PUA-ların yaxınlıqdakı insanlara zərər vurma riskinin aşağı olduğunu bildirir.

Cubuğun sabitləşdiricisi daşıyıcı avtomobilin yamacda və ya gəminin dalğalarda yırğalanmasını nəzərə alaraq, onun daima şaquli mövqedə sabit dayanmasını təmin edir.

Təyyarə və helikopter rejimi ilə uçmaq qabiliyyətinə malik "BAE Systems" şirkətinin futuristik pilotsuz konsepsiyası

İstək üzrə yaradılıb

Belə bir problem DARPA və ABŞ Hərbi Hava Qüvvələrinin FMR (Flight Missile Rail - uçan raket bələdçisi) adlanan digər bir proqramı ilə də həll olunur. FMR döyüş təyyarələrindən, məsələn, F-16 və ya F/A-18-dən ayrılaraq, AIM-120 AMRAAM hava-hava raketinin hədəfinə daha öncə çatmağı bacaracaq. Bələdçinin baza sürəti 0.9 Max, uçuşun müddəti isə 20 dəqiqə olacaq. Bundan əlavə daşıyıcı təyyarəyə sabit bərkidilən bələdçi raketi atmağa da qadir olmalıdır.

Belə bir ideya, yalnız AMRAAM raketinin diapazonunu artıran sxemindən daha böyük görünür, aylıq 500 ədəd həcmində istehsal prosesini inkişaf etdirmək tələbi isə, qabaqcıl istehsal texnologiyalı aparatın özünün də əməliyyat konsepsiyası kimi vacib olduğunun göstəricisidir.

DARPA təyyarə dizaynerləri və istehsalçıların səylərini birləşdirməyi təklif edir. Son məqsəd istehsal sahəsindəki FMR üçün bütün materialların mövcud olmasını, bütün komponentlərin və avadanlıqların əvvəlcədən satın alınmasını, onların təyin olunan yerə çatdırılmasını və yığılmaya qədər saxlanılmasını təmin etməkdən ibarətdir. İdeya "bir qutuda zavod" adlandırılır. Yəni bütün xammallar, materiallar, dəzgahlar, maşınlar, preslər, boya kabinləri, elektron quğular, kabellər və s. alınmalı, nəql edilməli və bir neçə modifikasiya edilən yük konteynerində saxlanılmalıdır. Bundan əlavə, bir qrup mütəxəssis mütəmadi olaraq bütün istehsal prosesini sınaqdan keçirmək üçün təlimlər keçməlidir, bu isə kiçik miqdarda FMR aparatlarının poliqonlara çatdırılması ilə mümkün olacaq.

FMR proqramı üç mərhələdən ibarətdir. Birinci mərhələdə rəqib qrupların aparatlarının dizaynı və istehsal texnologiyası qiymətləndirəcək. İkinci mərhələdə seçilən iki qrup öz vasitələrinin istehsal proseslərini, F-16 və F/A-18 təyyarələrində tətbiqini nümayiş etdirəcək. Üçüncü mərhələdə isə "sürətli istehsal" ptosesi nümayiş etdiriləcək və FMR aparatının uçuş sınaqları aparılacaq.

Ən əhəmiyyətlisi odur ki, bütün bu yanaşma yalnız FMR-ə deyil, həm də yeni və tez dizayn edilən sistemlərə tətbiq olunmasındadır. Əgər uğur qazanarsa, bu konsepsiya PUA sistemlərinin gələcəyini çox ümidverici edə, ordu nümayəndələrinin kreativ yaradıcılığını ortaya qoyaraq onların önündə duran vəzifələr üçün uyğunlaşdırılan vasitələrini yaratmağa potensial imkan verə bilər.

Yazı Nikolay Antonovun məlumatları əsasında hazırlanıb
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

Teqlər: PUA   FMR  

PUA-ların müstəqil gələcəyi: Hərbi yaradıcılıqda sərbəstlik fantastik inkişafa səbəb ola bilər (FOTO+VİDEO)

2018/11/45645-1542266150.jpg
Oxunub: 1434     11:06     15 Noyabr 2018    