Mettis Meksika sərhədində hərbçiləri ziyarət edib

2018/11/matti-1542263831.jpg
Oxunub: 236     10:40     15 Noyabr 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis ölkənin Meksika ilə olan cənub sərhədlərinə yerləşdirilmiş minlərlə hərbçini ziyarət edib.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, burada yenidən Trampın qoşunları sərhədə yerləşdirmə qərarını müdafiə edən edən nazir bu missiyanın hərbçilər üçün yaxşı təlim olacağını və onların hazırlıq vəziyyətini yaxşılaşdıracağını bildirib.

Daha öncə də dəfələrlə bu regiona ABŞ prezidentlərinin qoşun yerləşdirmə məcburiyyətində qaldığını xatırladan Mettis, hərbçilərin buradakı fəaliyyətləri ilə bağlı da açıqlama verib.

Onun sözlərinə görə, bölgəyə səfərbər edilmiş 5800 hərbçi 10 gün ərzində Gömrük və Sərhəd Mühafizəsi tərəfindən tələb edilmiş ilkin tapşırıqlarını tamamlayacaqlar. Buna baxmayaraq, onlara əlavə tapşırıqlar da veriləcək ki, hazırda Pentaqon və Daxili Təhlükəsizlik Nazirliyi bunun üzərində çalışır.

Qeyd edək ki, bu yerləşdirmənin dekabrın 15-nə qədər davam etməsi planlaşdırılıb. Lakin Mettis missiyanın necə tez başa çata biləcəyi ilə bağlı açıqlama verməyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Mettis   ABŞ   Miqrant  

Mettis Meksika sərhədində hərbçiləri ziyarət edib

2018/11/matti-1542263831.jpg
Oxunub: 237     10:40     15 Noyabr 2018    