Suriyada İŞİD-ə qarşı döyüş tezliklə bitə bilər

2018/11/15201-1542262651.jpg
Oxunub: 559     10:16     15 Noyabr 2018    
Tramp administrasiyası Suriyanın şimal-şərqində İŞİD-in ölkədəki sonuncu qalası hesab edilən bölgədəki döyüşlərin tezliklə başa çatacağına ümid edir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə Xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

Onun sözlərinə görə, buradakı döyüşlər qarşıdakı bir neçə ay ərzində bitəcək, lakin amerikalı qüvvələr qrupun bir daha möhkəmlənə bilməyəcəyindən əmin olmaq üçün bölgədə qalacaq.

Bununla yanaşı, o, ABŞ-ın bu ilin sonuna qədər Suriyada yeni konstitusiya üzərində işləyəcək komitənin formalaşdırılmasına da ümid etdiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   İŞİD  

Suriyada İŞİD-ə qarşı döyüş tezliklə bitə bilər

2018/11/15201-1542262651.jpg
Oxunub: 560     10:16     15 Noyabr 2018    