“Paşinyan-Əliyev görüşü münaqişənin həlli baxımından önəmlidir” – Metyu Brayza

2018/11/thumb-1542261654.jpg
Oxunub: 1184     09:54     15 Noyabr 2018    
“Tacikistanda təşkil olunmuş Müstəqil Dövlətlər Birliyinin sammitində Paşinyanın prezident İlham Əliyevlə görüşməsini Dağlıq Qarabağn probleminin həlli baxımından önəmli bir adımdır”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq Xarici İşlər nazirinin Avropa-Asiya əlaqələrindən məsul müavini Metyu Brayza danışıb.

Bir müddət ATƏT-in Minsk Qrupunun həmsədri və Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifələrini də icra etmiş Brayza Ermənistanda baş verən proseslər və Rusiyanın bu prosesə yanaşmasına dair bir sıra fikirlər səsləndirib.

O, Rusiyanın sahib olduğu iqtisadi güclə ölkədəki siyasi elitaya nəzarət etdiyini xatırladaraq bildirib ki, Rusiya iqtisadi gücdən istifadə edərək Ermənistana yenidən yön vermək istəyə bilər.

“Lakin buna inanıram ki, Paşinyan da Ermənistan prezidenti Armen Sarkisyan və digər bütün siyasətçilər kimi müstəqil olmağa çalışacaq”, - deyə o əlavə edib.

İstənilən halda iki ölkə arasındakı köklü əlaqələri də görməzdən gəlmək olmaz və belə bir məsələ ilə bağlı şərh verərkən bunu mütləq nəzərə almaq lazımdır.

“Ermənistanın sərhəd mühafizəçiləri Rusiyanın sərhəd mühafizəçilərinin əmri altındadır. Ermənistanın havadan müdafiəsi Rusiyanın hava məkanı ilə əlaqəlidir. Ermənistanın Rusiyadan uzaqlaşıb-uzaqlaşmayacağını görmək üçün zamana ehtiyacımız var. Lakin bunu deyə bilərəm ki, bir çox erməni hələ də Rusiyanı xarici təhlükələrə qarşı bir qoruyucu olaraq görür. Rusiya ermənilərə nəzarət etməyə çalışsa da, tarixdə bir çox dəfə onları qoruyub”, - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ermənistan   Rusiya   Azərbaycan  

“Paşinyan-Əliyev görüşü münaqişənin həlli baxımından önəmlidir” – Metyu Brayza

2018/11/thumb-1542261654.jpg
Oxunub: 1185     09:54     15 Noyabr 2018    