ABŞ və Çin hərbçiləri birgə təlimlər keçib

2018/11/10566-1542260747.jpg
Oxunub: 232     09:45     15 Noyabr 2018    
Birləşmiş Ştatlardan olan hərbçilər Çin Xalq Azadlıq Ordusunun əsgərləri ilə birlikdə fövqəladə vəziyyətin idarəedilməsi ilə bağlı mübadilə təlimləri keçiblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu təlim ənənəvi olaraq hər il keçirilir və ilk belə təlim 2005-ci ildə başlayıb. Sonuncu təlimlər isə Çinin Nanjinq vilayətində baş tutub.

Bildirilib ki, bundan sonra noyabrın 18-nə qədər təlimdə əldə edilmiş nəticələr barədə müzakirə panelləri təşkil olunacaq və praktiki təcrübələrə dair fikir mübadiləsi aparılacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin   Təlim  

ABŞ və Çin hərbçiləri birgə təlimlər keçib

2018/11/10566-1542260747.jpg
Oxunub: 233     09:45     15 Noyabr 2018    