Qəznidə 5 “Taliban” qiyamçısı məhv edilib

2018/11/A-10--1542259261.jpg
Oxunub: 245     09:20     15 Noyabr 2018    
ABŞ ordusu tərəfindən Əfqanıstanın Qəzni vilayətində endirilən aviazərbələr nəticəsində azı 5 “Taliban” üzvü məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aviazərbələrlə yanaşı ordunun 203 saylı korpusu Qəzninin Qarabağ rayonunda əməliyyat keçirib və burada da beş qiyamçı məhv edilib, 3-ü isə yaralanıb.

Məlumata görə, zərərsizləşdirilən qiyamçılardan əlavə Əfqanıstan ordusu qiyamçılara məxsus 40-a qədər BM-1 raketinin döyüş başlığını, çox sayda partlayıcı qurğu və s. silah-sursat ələ keçirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Qəzni   Taliban  

Qəznidə 5 “Taliban” qiyamçısı məhv edilib

2018/11/A-10--1542259261.jpg
Oxunub: 246     09:20     15 Noyabr 2018    